• 26 Dekabr 2024

Allah təmizdir, təmizliyi sevər.

 İslam  təmizlik üzərinə qurulmuş bir dindir.  Müsəlman demək təmiz insan deməkdir. Təmiz olanları həm Allah, həm də insanlar sevər.

Bir mömin üçün çata biləcəyi ən yüksək mövqe Yaradıcısının razılığını qazanmaqdır. Bu isə ibadət və itaət sayəsində reallaşar. İbadətlərin yerinə yetirilə bilməsi üçün maddi təmizlənmənin yanında mənəvi təmizlənmədə vacibdir. Çünki Allahın buyruğuna ancaq təmiz bir ürək, xalis bir niyyət və gözəl əxlaqla çıxıla bilər.

İbadətə hazırlaşan insan xüsusi təmizlik mərhələlərindən (dəstəmaz və qüsl kimi)  keçdikdən sonra yönünü Qibləyə çevirir. Namz qılan hər bir müsəlman paltarının və namaz qılacağı yerin təmiz olmasına xüsusilə diqqət edər. Çünki namazın qəbul olması üçün bu təmizlik şərtdir. İslamın məqsədi insanı həm mənən, yəni içdən, həm də fiziki baxımdan, yəni çöldən təmiz hala gətirməkdir. Bu cür təmizlənə bilmiş insan əsl gözəl insandır.

 İslamın maddi və mənəvi təmizliyə verdiyi əhəmiyyəti başqa heç bir din və sistemdə görmək mümkün deyildir.

Təmizlik eyni zamanda insanın sağlamlığı üçün də əhəmiyyətlidir.

İslamın təmizlik əsaslarını belə xulasə etmək olar:

İmanda, ibadətdə və əxlaqda təmizlik. Qəlbdə, fikirdə və vicdanda təmizlik. Dildə, ailədə və övlatta təmizlik. Qazancda, yemədə və içmədə təmizlik.  Vücütta, paltarda və ətrafda təmizlik. Qısacası dünyəvi və uxrəvi hər işimizdə təmizlik.

Allahın varlığına və birliyinə Uca qüdrət sahibi olduğuna inanmaq, Rəsulullahın (s.ə.s) təbliğ etdiyi bütün əmr və qadağanları yerinə yetirmək, Hz. Rəsulullahın (s.ə.s) izindən ayrılmamaq iman, ibadət və əxlaq təmizliyidir.

   Dilimizi yalan və qiybətdən uzaq tutmaq, onunla daima haqqı söyləmək, ailəmizi və övladlarımızı haram yerlərdən uzaq tutmaq, evimizə və ailəmizə bağlı qalmaq, övladlarımıza dini və milli duyğular aşılamaq, onları İslam tərbiyəsi ilə yetişdirmək dil, ailə və övlad təmizliyidir

 Vucudumuzun, və paltarlarımızı kirlərdən qorumaq evimizdə, iş yerimizdə məhəlləmizdə son dərəcə təmizliyə riayət etmək…

   Bəli bütün bunlar İslamın təmizlik, əsaslarıdır. Bunlara riayət etmək hər müsəlmanın əsas vəzifəsidir. Bir müsəlmanın paltarı  köhnə ola bilər. Ancaq kirli ola bilməz. Xususiylə məscidə, cəmiyyət içərisinə kirli paltarlarla təmiz olmayan corablarla, xoşa gəlməz qoxularla gəlmək İslamın təmizlik əsaslarına hörmətsizlikdir. Allah-Təala ancaq maddi və mənəvi təmiz qullarını  sevər. Çünki Qurani Kərimdə  belə buyurulmaqdadır: “Allah (günahlardan) tövbə edənləri təmiz və pak olanları sevər!” (Bəqərə: 222.)

Müsəlmanın bədəni və geyimi həmişə təmiz və səliqəli olmalıdır. Gündəlik ibadətlər zamanı o, Allahın və mələklərin hüzurunda durmuş sayılır. Bu müqəddəs görüşə çirkin bədənlə getmək isə ən azı ədəbsizlikdir. Məhz buna görə, namazdan əvvəl ətir vurmaq  müstəhəb sayılıb. Uca Allahın hüzuruna çıxmaq üçün bədən, paltar və namaz qılınacaq yerin təmiz olması şərtdir. Qurani-Kərimin hələ Məkkə dövründə nazil olan ayələrində belə buyurulur: “Libasını təmizlə!” (Müddəssir, 4) Başqa bir ayədə isə belə buyurulur: “Ey Adəm oğulları! Hər ibadət vaxtı gözəl libaslarınızı geyin…” (Əraf, 31)  Qurani-Kərimdə təmizlikləriylə ümmətə nümunə göstərilən Mədinə Quba xalıq da belə təriflənir: “Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!” (Tövbə, 108)

Ayrıca Peyğəməbirimiz (s.ə.s) təmizliyin əhəmiyyətini belə bildirmişdir: “Allah təmizdir, təmizliyi sevər.” (Tirmizi, Ədəb, 41) “Namazın açarı təmizlikdir.” (Əbu Davud, Salat, 73)  “Təmizlik imanın yarısıdr. Uca Allah təmizliksiz heç bir namazı, haram yolla əldə edilmiş maldan verilən sədəqəni heç vaxt qəbul etməz.” (Müslim Şuabul iman.s. 53.)   Allahın Elçisi (s.ə.s) müxtəlif səbəblərlə bədən və ətraf mühitin təmizliyini əmr etmiş, özü də bu mövzuda əshabələrinə və bütün insanlara nümunə olmuşdur. Bunun üçün bir müsəlman kimi təmizlik mövzusuna son dərəcə əhəmiyyət verməliyik. Qətiyyətlə bilməliyik ki, bir çox xəstəliklərin səbəbi natəmizlikdir. Təmizlik   olduğu yerdə sağlamlıq  vardır, iman vardır. Allahın rəhməti Rsulullahın  (s.ə.s) şəfaəti təmiz olan kimsələrin  üzərinədir.

Read Previous

Mart 2020

Read Next

Yaşlılara qayğı və mərhəmət

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.