• 10 Dekabr 2024

Allahı (c.c) tanımaq

Bu aləm, maddədən yaradılmışdır. Yəni əvvəlcə yox ikən sonradan meydana gəlmişdir. Bunu bütün alimlər qəbul edir. Əvvəlcə yox ikən sonradan yaradılan hər şey -məntiqi olaraq- bir yaradıcının varlığına möhtacdır. Bu aləm də sonradan yaradıldığına görə, bir yaradana möhtacdır. Bu yaradan da Allah-Təaladır. Hər hansı bir şeyi, misal üçün, bir masanı düşünək; masa əlbətdə öz-özünə masa şəklinə düşməmişdir. Əvvəlcə balaca bir ağac idi, sonra ağac böyüdü. Böyüyərkən ağacın,  günəşə, suya, qidaya ehtiyacı olduğunu  bilirik. Daha sonra bir insan tərəfindən kəsildi. Mişarda kəsildi. Mismarları vurularaq bir masa halına gətirildi. İndi, ən sadə bir masa öz özünə düzəldilmədiyi halda üzərində növbənöv canlılar olan kainat öz-özünə yaranarmı?

Kainatı düşünək. Günəş  sistemi səmada 12 milyard km məsafəni əhatə edir. Günəş özü kürə şəklində olub, dünyaya uzaqlığı isə 150 milyon kilometrdir. Günəş də eyni  dünya kimi öz oxu ətrafında fırlanır. Günəşin mərkəzindəki istilik təxmini olaraq 20 milyon (bura dərəcə işarəsi qoyulsun) C- yə çatır. Bəs günəşin enerji qaynağı nədir? Günəşin  özündəki enerjini təmin etmək üçün 1 stansiyanın  saniyədə bir neçə milyard ton kömür yandırması lazımdır. Amma belə bir stansiya mövcud deyil. Günəş yaranandan bəri enerji itkisinə məruz qalmasına rəğmən bu günə qədər sönməmişdir. Deməli, bunu söndürməyən bir qüvvə var. Elmin belə izahdan aciz qaldığı belə xariquladə bir hadisəni  bir təsadüfə yaxud iradəsiz bir təbiətə bağlamaq mümkündürmü? Üzərimizdəki böyük bir lampa kimi olan günəşin varlığı, Allahın varlığına, sonsuz qüdrətinə qəti bir dəlil deyilmi?   Dünyanın günəş ətrafında hərəkəti biraz yavaşlasa, Günəşə yaxınlaşar və yanardıq. Sürətlənsə uzaqlaşar ve donardıq. Dünyanın Günəşə olan uzaqlığı, mövcud canlıların yaşama səbəblərindən sadəcə biridir. Digər planetlərdə dünyadaki həyata bənzər bir həyatın olmamasının səbəbi budur. Eyni şərtlər eyni nəticəyə səbəb olduğundan , dünyadaki şərtlər digər planetlərdə olmadığı üçün, dünyadakına bənzər bir həyat oralarda yoxdur. Dünyanın Günəşə olan uzaqlığını kim təyin edib? Dünyaya kim bu şəkli verib? Sonra dünyanın həm öz ətrafında, həm də Günəşin ətrafında dönməsini davam etdirən kimdir? Bu hərəkəti davam etdirən kimdir? Kainata ibrətlə baxsaq bu cür saysız hesabsız möcüzələrlə qarşılaşarıq. Bütün bunlar ağıl sahibləri üçün dəlildir ki, dünya öz özünə var olmayıb, onu yoxdan var edən bir yaradıcı var. O da Allahdır.

İnsan bədənini düşünək. Dünyada təxminən 7 milyard insan var, bu 7 milyard  insanın barmaq izləri bir-birinə bənzəməməkdədir. İnsanlıq neçə milyard artsa da yenə də bir-birinə bənzəməyəcəkdir. İndi düşün! Necə olur ki, milyardlarla insanın barmaq izləri birbirinə bənzəmir? Əgər sadəcə təsadüfdür desən gülünc vəziyyətə düşmüş olarsan. Bunun təsadüf olduğunu demək, ağılsızlıq deyilmi?  Biraz ağlı olan insan, “Bunu ancaq Allah edər” deyər.

Daha əvvəldə də qeyd etdiyimiz kimi, madam bir yaradılan var, deməli onu bir yaradan var. O yaradan da Allahdır. Yaradanı tanımaq üçün yaratdıqlarını düşünmək lazımdır. Kainata ibrət nəzəriylə baxan insan, möhtəşəm bir sənət əsəri görür. Ancaq əfsuslar olsun ki, bəzi insanlar sənət əsərini gördüyü halda sənətkarın olduğunu inkar edirlər. İnsan bədənindəki damarların uzunluğu yer kürəsini 2,5 dəfə dövr etməyə yetir. Deməli, bu mükəmməl sistemi insan vücuduna yerləşdirən misilsiz bir qüdrət var. Bir damla spermanın içərisindəki milyonlarla spermatozoiddən mayalanan sadəcə bir hüceyrədən insana həyat verən, onu ən gözəl bir surəttə yaradan qüdrət var. Üzərimizdə dirəksiz dayanan səma, dağlar, ağaclar, güllər, hər biri yaradanın varlığına dəlalət edir. Əgər kimsə, Allahın varlığını qəbul etdiyi halda niyə gözlə görülmədiyinin hikmətini öyrənmək istəyirsə ona belə cavab verərik. Birincisi, bir şeyin gözlə görünməməsi onun var olmadığını göstərmir. Çünki gözlərimizlə görmədiyimiz ancaq hər kəsin varlığını qəbul etdiyi bir çox şey var. Bunun hikmətinə gəldikdə isə,  Allah insanı imtahan etmək üçün yaratmışdır. İnsanın yaradılış qayəsi, Allaha ibadət etməklə, imtahan üçün göndərilmiş olmasıdır. Əgər, Allah gözlə görünsəydi,  o zaman imtahanın mənası qalmazdı. Beləcə də Allahın əmrlərini yerinə yetirənlərlə, yetirməyənlər bilinməzdi. Və Allah-Təala Qurani-Kərimdə, müsəlmanlar haqqında: “Görmədikləri halda Allaha inanarlar” buyurur. Əsas olan görmədən inanmaqdır. Gördükdən sonra hər kəs inanar… O zaman inanmağın bir dəyəri olmazdı. Bir yaradan olaraq Allahın varlığı inancı bir insanın qəlbinə yerləşdikdən sonra bayaq verdiyimiz misallar işiğında kainatı düşünək. Biz kainata ibrətlə baxsaq kainatda möhtəşəm nizam olduğunu görərik.

Kainatda möhtəşəm bir nizam var. Bir işdə bir neçə idarəçinin olması həmin işin nizamını pozar. Kainatın idarəçisi olan Allah təkdir. Bu Tövhid inancıdır. Allah yaradan, ruzi verən, hökm edən, sonsuz elm, güc, qüdrət sahibidir. Bütün gözəl isimlər ona aiddir və Allah bütün nöqsan sifətlərdən münəzzəhdir.

O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təsbih edər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!. Həşr, 59/24

Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxdur! Elə isə siz necə (aldadılıb haqdan batilə) döndərilirsiniz? (Mumin, 40/62.

Mənbə: gencmuslim

Read Previous

Şəkidə Orta Məktəblərin Şagirdləri Üçün Milli-Mənəvi Dəyərlərə Dair Təlimlərə Start Verildi

Read Next

Noyabr 2017

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.