• 01 Noyabr 2020

ALMANİYADA MƏSCİDLƏRİN AÇILACAĞI TARİX AÇIQLANDI

Almaniyada may ayının 9-dan etibarən məscidlər açılacaq və camaat namazlarının qılınmasına başlanacaq. Bu barədə “Almaniya Müsəlamları Kordinasiya Şurası” açıqlama yayıb. artıq bu məqsədlə məscidlərin təmizləndiyi və dezinfeksiya edildiyi bildirilir.

Açıqlamada bildirilir ki, məscidlər müəyyən şərtlər daxilində açılacaq və bu qaydalara riayət edilməsi məcburi olacaq. Həmçinin, məscidlərdə hələlik cümə və təravih namazlarının qılınmayacağı da qeyd edilib.

Mayın 9-da açılması planlaşdırılan məscidlərdə ilkin olaraq sübh, zöhr və əsr namazları qılınacaq, Qurani-Kərimi xətm proqramı isə gündüz saat 12.30-da olacaq.

Qeyd edək ki, “Almaniya Müsəlamları Kordinasiya Şurası”na (KRM) “Diyanət İşləri Türk İslam Birliyi” (DİTİB), “İslam Mədəniyyət Mərkəzləri Şurası” (VIKZ), “Almaniya Müsəlmanları Mərkəzi Şurası” (ZMD), “İslam İcması Milli Görüş Təşkilatı” IGMG) kimi dini təşkilatlar daxildir.

Mənbə:islamveirfan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 20 dəfə.

calal calalov

Read Previous

RAMAZANIN SON 10 GÜNÜNDƏ MİSİRDƏ TƏRAVİH QILINACAQ

Read Next

DİN XADİMİNDƏN KREATİV ADDIM: QONUŞLARINA TƏRAVİH NAMAZI QILDIRIR