• 12 Noyabr 2024

Almaniyada müsəlman qəbiristanlığının salınmasına icazə verilib

mezaralmŞimali Reyn Vestfaliya əyalətində 2014-cü ildən etibarən müsəlman qəbiristanlığı salınacaq.

 Almaniyanın Şimali Reyn-Vestfaliya əyaləti rəhbərliyi müsəlmanlara 2014-cü ildən etibarən öz qəbiristanlıqlarını salmaq üçün icazə verib.
Xeyli sayda türkün yaşadığı əyalətdə müsəlman təşkilatlara qəbiristanlıq salınmasına dair icazə ötən gün “Dəfn qanunu”na düzəlişlərin qəbul edilməsindən sonra verilib. Düzəlişlərdə dini icmalara və ya təşkilatlara qəbiristanlıq salınmasına tərəflərindən daimi istifadə olunması şərti ilə icazə verildiyi də öz əksini tapıb.
Əyalətin Səhiyyə naziri Barbara Şteffens Şimali Reyn-Vestfaliyada yaşayan xeyli sayda müsəlmanın ölümlərindən sonra övladlarının və nəvələrinin qəbir ziyarətinə gələ bilmələri üçün Almaniyada dəfn olunmaq istədiklərini deyib.

/azerimuslims/

Read Previous

Sonrakı peşmançılıq fayda verməz.

Read Next

Əfqanıstanda şəriət normalarına zidd film və verilişlər qadağan olunub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.