• 23 Dekabr 2024

ALMANİYADA SƏSGÜCLƏNDİRİCİ İLƏ AZAN OXUNAN MƏSCİD SAYI ÇOXALIR

Almaniyada müsəlmanların kompakt yaşadığı yerlərdəki məscidlərdə azanın səsgücləndirici ilə oxunmasına xüsusi izn verilib.İslamveirfan.com xəbər verir ki, bu iznin məqsədi kovid-19 virusu ilə mübarizə çərçivəsindən evdən çıxa bilməyən müsəlmanların əhval-ruhiyyəsinin yüksək olmasını təmin etməkdir.  

Bu çərçivədə Vuppertal şəhərində səkkizi türklərə aid olmaqla ümumilikdə 13 məsciddə azanın səsgücləndirici ilə oxunmasına başlanıb. Bu uyğulamanın aprelin 19-na qədər davam edəcəyi bildirilir.

Bundan əvvəl Almaniyanın bir çox şəhərindəki 100-ə yaxın məsciddə, yerli idarəetmə orqanları cümə və şam azanlarının səsgücləndirici ilə oxunmasına izn vermişdi.

Qeyd edək ki, kovid-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində Almaniyada məscid və digər məbədlərdə kütləvi ibadətlər dayandırılıb.

Mənbə: www.islamveirfan.com

Read Previous

QƏBİR DAŞLARININ DİLİ…

Read Next

Diş dolğusu etdirmək və ya taxma diş qüsl almağa manedirmi?