• 22 Dekabr 2024

Diş dolğusu etdirmək və ya taxma diş qüsl almağa manedirmi?

Sual: Diş dolğusu etdirmək və ya taxma diş qüsl almağa manedirmi?

Cavab: Diş və ağız sağlamlığının əhəmiyyəti günü-gündən daha da yaxşı anlaşılır. Hz. Peyğəmbərin diş təmizliyi haqqındakı hədisi diş sağlamlığına nə qədər əhəmiyyət verdiyini göstərir. Belə ki, Hz. Peyğəmbər buyurmuşdur: “Ümmətimə çətin olmayacağını bilsəydim, hər namaz üçün misvakdan  istifadə  olunmasını əmr edərdim”. (Buxari, Cümə 8)

Diş qoydurma, dolğu, taxdırma və diş protezi qoydurma kimi müalicələr ağız sağlamlığını qorumaq üçün müraciət olunan çarələrdir. Diş dolğusu və taxdırma kimi müalicələrin dəstəmaz və qüslə mane olub-olmaması, bu müalicələrdə qızıl və ya gümüşün istifadəsinin caiz olub-olmaması müsəlmanları maraqlandıran bir mövzudur.

Quranda və hədislərdə bilavasitə plomblatma və ya taxdırma ilə əlaqədar açıq bir hökm yoxdur. Lakin xəstə olan və ya bədənində narahatçılığı olan bir şəxsin müalicə olma hüququ və vəzifəsi vardır. Bu mövzuda Hz. Peyğəmbərin müxtəlif hədisləri mövcuddur. “Allahın nəzərində güclü mömin, zəif mömindən daha xeyirli və yaxşıdır”. (Müslim, Qədər 34) Başqa bir hədisdə belə buyurulur: “Hər dərdin bir dərmanı, hər xəstəliyin bir əlacı var“. (Müslim, Salam 69)

Dolğu ilə müalicə olunan və ya taxılan dişin müalicəsində gümüşün istifadəsi mövzusunda alimlər həmrəydirlər. Diş müalicəsində qızıldan istifadə etmək Əbu Hənifəyə görə məkruh, İmam Məhəmmədə görə isə caizdir. Məzhəb imamlarının, diş dolğusu və ya taxdırmadan sonra həmin dişlərin içinə suyun daxil olub-olmaması məsələsinə əhəmiyyət vermədikləri müşahidə olunur. Çünki Əbu Hənifə, Əbu Yusif və İmam Məhəmməd dişi gümüş tel ilə bağlama və gümüş diş taxdırmağın caiz olduğu mövzusunda həmfikirdirlər. Bununla yanaşı Kəsanidə “tədbid (taxdırma)” kəlməsi açıq-aydın qeyd olunur. (Kasani, Bədai, V, 132.)

Bundan əlavə dəstəmaz və qüsldə sarğı üzərinə məsh caiz olduğu kimi, ağzında taxdırma və ya dolğulu dişi olanın suyu çalxalaması kifayətdir. Xülasə, zərurət olduqda, haram olan şeylər halal olur. Odur ki, dişdən tam müalicə alan şəxsin plomb və taxdırma dişi öz dişi hökmündədir. Məhz bu səbəblə də üstünün yuyulması içinin yuyulması kimidir. Lakin mümkün qədər müalicənin cünub və ya aybaşı günlərində götürülməməsi məqsədəuyğundur. İmam Şafeiyə görə, bu vəziyyətdə də dişin yuyularaq plomblanması caizdir. (Bax. Sərəxsi, Şərhus-Siyəril-Kəbir, I, 132; əl-Fətaval-Hindiyyə, V, 333.)

mənbə:irfandergisi.com

Read Previous

ALMANİYADA SƏSGÜCLƏNDİRİCİ İLƏ AZAN OXUNAN MƏSCİD SAYI ÇOXALIR

Read Next

HÖRMƏTLİ XANIMLAR VƏ BƏYLƏR, BUNLARI ETMƏYİN!