• 08 Oktyabr 2024

Almanlar evlərinə yardım gətirən müsəlman gəncləri görüncə göz yaşlarını saxlaya bilmədilər: “Sizi yanlış tanımışıq”

Çinin Vuhan şəhərində ortaya çıxan və dünyaya yayılan koronovirus (Kovid-19) səbəbiylə Almaniyada virusa yoluxanların sayı 100 mini keçib.
Avropa.info xəbər verir ki, Almaniyada yaşayan müsəlman gənclər ölkədə görülən tədbirlər səbəbindən küçəyə çıxa bilməyən yaşlılara yardım ediblər.
Visbaden şəhərindəki türk dərnəkləri məscidlərdə toplanaraq coronavirus səbəbiylə evdən çıxa bilməyən yaşlılara yardım kampaniyası həyata keçiriblər. Müsəlman gəncləri qapısının önündə yardım dolu səbətlərlə görən Almaniya vətəndaşlarından biri, “Siz gercəkdən məsciddən gəlirsinizmi?” soruşaraq ağlamağa başlayıb. Göz yaşlarına boğulan Almaniya vətəndaşı, “Mən bütün bu illər ərzində sizi səhv tanımışam, sizləri belə bilmirdim. Üzr istəyirəm. Siz nə qədər yardımsevərsiniz” deyib.
Yardım qrupunda olanlardan biri, Osman Bilgin Türkiyə təbuatına açıqlamasında, qonşularının göz yaşlarına təccübləndiklərini deyib:
“Biz qarşılaşdığımız tablo qarşısında təəccübləndik. İnsanlara din, irq, cinsiyyət ayrıseçkiliyi etmədən qonşularımıza yardım etdik. Risk qrupundakı yaşlı insanlara kömək etmək üçün, “qonşunuza kömək et” kampaniyası başlatmışıq. Daha çox ehtiyacı olan yaşlı insanları müəyyənləşdiririk və qapılarını məscidin gəncləri ilə birgə döyürük və ehtiyaclarının olub – olmadığını soruşuruq. İnsanların əksəriyyəti durumlarını soruşduğumuz üçün çox məmnundurlar və bizi səhv tanıdıqlarına təəccüblənirlər. Bəzi almanlar bizə təşəkkür məktubları yazdılar. Bundan əlavə, bu böhran zamanında şəhərimizdəki Paulinen Xəstəxanasında çalışan işçilərə hədiyyə paketləri verdik” – Osman Bilgin belə deyib.

Read Previous

Hacət namazı nədir, necə qılınır?

Read Next

İtaliyadan koronavirusla bağlı ŞAD XƏBƏR: nəhayət ki…