• 27 Dekabr 2024

Axirət İnancının Faydaları

Axirət inancı insanın məsuliyyət şüurunu və əxlaqi tərəfini inkişaf etdirir. Ölümün qorxunc üzünün insan psixologiyası üzərindəki mənfi təsirini aradan qaldırır.

   Digər tərəfdən qeyd edək ki, fani və müvəqqəti dünya zövqləri insan ruhuna rahatlıq verə bilməz. Çünki insan fitrətində olan ən köklü arzulardan biri “əbədiyyət arayışı” dır. Məhz axirət inancı da insan oğluna axtardığı bu sonsuzluq üfüqünü qazandırır.

  İsa (ə.s) qotur xəstəliyinə yaxalanmış və hər iki gicgahı xəstəlik səbəbindən batmış bir adamla qarşılaşmışdı. Vücudundakı xəstəliklərə əhəmiyyət vermədən:

“- Ya Rəbbi! Sənə sonsuz həmd-sənalar olsun! İnsanların bir çoxunu düçar etdiyin dərddən məni xilas etdin!…” deyirdi.

Həzrət İsa o adamın hissiyyat dərinliyini daha yaxşı anlamaq məqsədiylə:

“-Allahın sənə vermədiyi hansı dərd var ki?!.” dedi.

Xəstə belə cavab verdi:

“- Ey Ruhullah! Ən dəhşətli xəstəlik qəlbin Allahdan qafil və məhrum olmasıdır. Şükürlər olsun ki, Allah-Təala məni bundan mühafizə etdi. Mən Allahın qəlbimə verdiyi mərifətullah ləzzəti və sevinci içindəyəm. Ondan başqa dünya nemətlərini görmürəm və hiss etmirəm…”

Mədəniyyət tarixi araşdırıldıqda bəşəriyyətin mənəvi və zehni inkişafında İslamın nə qədər böyük paya sahib olduğunu görmək asandır. Necə ki, Rəsulullah (s.a.v) qaranlığa batmış cahiliyyət toplumundan fəziləti bir Əsri-Səadət Cəmiyyəti meydana çıxarmışdır.

Din hər zaman üçün cəmiyyətləri məhv olmaqdan qurtarmışdır. İnsan ancaq din sayəsində eqoizmdən və nəfsani arzularına əsir olmaqdan xilas olub i sanlığa xidmət imkanı tapa bilmişdir. Çünki haqq din daima məhəbbət, hörmət və nəzakəti təlqin etmişdir.

Din insana mərhəməti, dürüstlüyü, ədaləti, qul haqqına riayəti, insanlara daima yaxşılıq etməyi və pislimdən çəkindirməyi əmr edir.

Psixiatr Dr. Yusif Qaraçay belə deyir:

“Kiçik yaşlarımda anamdan soruşmuşdum:

“-Ana , biz öldükdən sonra nə olacağıq?”

“-Cənnətə gedəcəyik, oğlum!”

“- Bəs ondan sonra nə olacaq? Yəni cənnətdə nə qədər yaşayacağıq?”

Anam hər halda yaşımıza azlığı səbəbiylə sonsuzluğu dərk edə bilməyəcəyimi düşünərək böyük rəqəm ifadə edərək məni başa salacağını düşünərək:

“-1000 il yaşayacağıq, oğlum!”-demişdi

O qədər kədərlənmişdim ki, dar düşüncəmlə:

“-İstər 10 il, istərsə də 1000 il olsun, sonunda yox olacağıqsa nə mənası var? Mən sonsuzluq istəyirəm, yox olmaq istəmirəm.”-demişdim.

Heyvanlara belə şəfqətlə yanaşmağı, dünyanı gözəlləşdirməyi, pisliklərə mane olmağı, lazım gələrsə bu dəyərlər naminə canını da fəda etməyi öyrədir. Bu düsturlara sahib çıxıldıqda dünya səadətlə dolar. Əks təqdirdə dünya qurdlar süfrəsindən fərqlənməz və bütün insanlar bunun zərərini görərlər.

Bir nəfər at almışdı. Heyvan iki yaşında və sağlam olduğu halda iki gündən sonra öldü. Atın yeni sahibi onu satandan şübhələndi. Üç gün ardı-ardına məhkəməyə getdi də qazını yerində tapmadı. Buna görə vaxt itirmədən məsələni araşdırmaq üçün atı baytara apardı. Baytar atın zəhərləndiyini dedi. Bir neçə gündən sonra həmin adam yenidən məhkəməyə yolu düşdükdə qazının yerində olduğunu görüb məsələni ona ərz etdi. Qazı:

“-Nə üçün əvvəlcə mənim yanıma gəlmədin, baytara getdin? İsti-ista gəlsəydin çarəsini tapardıq!” -dedikdə şikayətçi adam:

“-Əfəndim, filan gün gəlmişdim, amma siz yerinizdə yox idiniz!” – cavabını verdi. Bu zaman qazı:

“- Haqlısan, həmin günlərdə burada deyildim.Anam vəfat etdiyi üçün kəndə getmişdim…”– dedi.

Sonra  bir az sükut edən Qazı katibə bunları söylədi:

“- Məsələ aydındır. Yaz, katib! İşinin başında başında olmadığı üçün dəyən zərərin Qazı tərəfindən ödənilməsinə…”

Bu güün bəşəriyyətin yeganə xilas yolu İslamdır. Digər dinlər öz hökmünü itirmişdir. Çünki sonra gələn şeylərin özündən əvvəlkilərə nəzərən daha mükəmməl

və daha əhatəli olacağı şübhəsizdir. Məhz buna görə də İslam özündən əvvəlki şəriətlərin hökmlərini qaldırmışdır.

Necə ki, gün çıxdıqdan sonra ayın və ulduzun işığına ehtiyac qalmır və günəşin yanında sönük görsənirlər, eləcə də bu gün İslama nisbətlə digər dinlər də belədir. Onlar xüsusi bir qəndil idilər. Günəş çıxana qədər olduqları yeri bir müddət işıqlandırdılar. Həqiqət günəşi olan İslam doğduqdan sonra onlara ehtiyac qalmadı. Günəşi qoyub ulduzların işığı ilə yol tapmağa çalışmaq heç şübhəsiz ki, zəlalətdir. Belə edənlər məqsədlərinə çatmazlar.[1]

Allah Rəsulu (s.ə.s) buyurur:

“Kim “Rəbb olaraq Allahı, din olaraq İslamı, Peyğəmbər olaraq Muhammədi qəbul edib razı oldum” deyərsə ona cənnət vacib olar.” [2]


[1] Ahmed Hamdi Akseki, İslam Dini, s.19-20

[2] Əbu Davud, Salət, 36; Tirmizi, Salət, 42

Read Previous

Ərəb dili dərsləri – beşinci dərs (1)

Read Next

Xeyriyyə aksyamız davam edir.