• 25 Dekabr 2024

“Ayasofiya”nın ibadətə açılması Türkiyə parlamentinin gündəmindədir

dscn5958-e1259346645566[1]
Bununla bağlı vətəndaşların Böyük Millət Məclisinə müraciətlərinin sayı artıb.
Türkiyə Böyük Millət Məclisinin Məclis Ərizə Komissiyasına son günlərdə edilən müraciətlərin əhəmiyyətli hissəsi “Ayasofiya”nın məscidə çevrilərək, ibadətə açıması ilə bağlıdır.

Bu barədə məlumat verən komissiyanın üzvü Xəlil Ürün vətəndaşların tələblərini haqlı hesab etdiyini bildirib. “Ayasofiya”nın 1935-ci ildə muzeyə çevrildiyini, ancaq sözügedən tarixədək ibadət evi kimi fəaliyyət göstərdiyini qeyd edən Ürün hazırkı muzeyin yenidən məscidə çevriləcəyi təqdirdə qərb ölkələrinin etirazları ilə üzləşəcəklərini deyib.

Komissiya üzvü bununla belə İspaniyada vaxtilə müsəlmanların ibadət evi kimi fəaliyyət göstərmiş “Kordova” məscidinin sonradan kilsəyə çevrildiyini bildirərək, belə etirazlarla üzləşəckləri təqdirdə sözügedən qədim məscidin misal göstərilə biləcəyini ifadə edib.

Ürün “Ayasofiya”nın məscidə çevrilərək ibadətə açılmasının tərəfdarı olduğunu bildirib.

/azerimuslims/

Read Previous

Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılıb

Read Next

Yəhudilər “Yusifin qəbri” ərazisinə basqın ediblər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.