• 10 Dekabr 2024

Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu ləngiyir.

kabeQafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, buna səbəb hələ də Səudiyyə Ərəbistanı ilə ziyarət qiymətləri barədə tam razılığa gəlinməməsidir.

Buna görə də ziyarətlə bağlı sənəd qəbulunun ən gec halda mart ayının ortalarınadək elan olunacağı açıqlansa da, artıq bu tarix aprelin ortalarına keçirilib.

Xatırladaq ki, ötən il də əvvəlki illərdən fərqli olaraq ziyarətin təşkilinə başlanılması bir qədər gec – martın 10-da elan olunub (əvvəlki illərdə fevralın 10-dan gec olmayaraq sənəd qəbulu elan olunurdu) və ötən il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə hesablanıb.

Qeyd edək ki, bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

Mənbə:xezerxeber.com

Read Previous

Həqiqi şükür necə olmalıdır?

Read Next

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.