Azərbaycan məscidlərində Türkiyədə daş kömür mədənində həlak olmuş insanların ruhuna dualar oxunacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
Onun sözlərinə görə, mayın 16-da Azərbaycanın bütün məscidlərində Türkiyədə Soma qəsəbəsindəki daş kömür mədənində 300 nəfərə yaxın insanın ölümü ilə nəticələnmiş hadisə ilə bağlı xütbə və moizələr oxunacaq.
Məscidlərdə insanlar baş vermiş faciə ilə bağlı ətraflı məlumatlandırılmaqla yanaşı, həlak olanların ruhuna dualar oxuyacaq, onlara Allahdan rəhmət diləyəcəklər.
Qeyd edək ki, Türkiyədə mayın 13-də kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb.
mənbə: