• 22 Dekabr 2024

Azərbaycanda Həccin qiyməti bahalaşacaq

mekkeAzərbaycanda Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb.
Qafqaz Müsəlmanları İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınması tarixi martın 10-a kimi təxirə salınıb.
Verilən məlumata görə, sənəd qəbulu fevralın 20-dən start verilməsi planlaşdırılırdı. Lakin müəyyən hazırlıqların yekunlaşmamasına görə, işlər dayandırlıb.
Bundan əlavə bildirilib ki, sənədlərin qəbulunun təxirə salınmasına səbəb olan əsas amillərdən biri də, ziyarətin təşkililə bağlı qiymətlərin hələ müəyyən edilməməsidir.
Ehtimal olunur ki, bu il qiymətlər əvvəlki illərə nisbətən baha olacaq. Çünki Məkkədə 24 böyük otel sökülüb. Bundan başqa, daşınma ilə də bağlı müəyyən problemlər var. Buna görə də, otel və nəqliyyat qiymətlərinin bahalaşması gözlənilir.
Qeyd edək ki, bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər. Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur.
Sənəd qəbulu yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən aparılır. Digər ziyarət təşkilatlarına isə heç bir zəmanət verilmir.

Mənbə:

sunna.az

Read Previous

Məscidə giriş və çıxış duası

Read Next

Necə dua etməliyik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.