• 22 Dekabr 2024

Bərəkətin sirri: TƏZİM

tezimAllaha təzim, yalnız Onun adını ehtiramla yad etməkdən ibarət deyil. Ondan gələn və Ona nisbət edilən hər şeyə hörmətlə yanaşmaq da təzimin bir başqa təzahürüdür. Hənəfi məzhəbinin böyük imamı Əbu Hənifə Həzrətlərinə nisbət edilən belə bir söz vardır: “Hədəfinə çatan ancaq təzimlə çatmışdır. Məhrum qalan da təzimi tərk etdiyi üçün məhrum qalmışdır. ”

Təzim, hörmət və ehtiram mənasını verən bir anlayışdır . Allaha təzim, ən əhəmiyyətli ibadət nişanıdır. Hətta bəzi ariflər dini belə təsvir edirlər: “Din, Allaha təzim, məxluqata şəfqətdən ibarətdir.” Bu ədəbə görədir ki, Uca Rəbbimizin adını xatırlayarkən belə xüsusiyyətlə xatırlamaq tövsiyə edilmişdir. Məsələn: Uca Allah, Allah Təalə, Allahu Əzimuşşan, Allah cəllə-cələluh, Rabbul-aləmin kimi daha neçə-neçə gözəl xüsusiyyətlərlə birlikdə zikredilmişdir.

Allaha təzim, yalnız Onun adını ehtiramla yad etməkdən ibarət deyil. Ondan gələn və Ona nisbət edilən hər şeyə hörmətlə yanaşmaq da təzimin bir başqa təzahürüdür. Məsələn, Ona nisbət edilən; “Rəsulullah”, “Beytullah”, “Kitabullah” və “Evliyaullah” kimi bir şəkildə Rəbbimizlə xüsusi bir bağ qurulan hər bir şeyə təzim göstərilməsi istənmiş və hətta əmr edilmişdir. Necə ki, Allahın Rəsuluna, sıradan bir insan kimi qışqıraraq danışmaq, insanın saleh əməllərini sıfırlayan bir ədəbsizlik olaraq qiymətləndirilmişdir.

İbadətlərdə, Allah üçün edilən hər növ əməl və xidmətlərdə təzimə diqqət etmək də Haqqa təzimi və ilahi rəhməti qulun üzərinə çəkmə adına böyük bir bərəkət vəsiləsidir. Böyüklərimiz demişlər ki: “İbadət insanı cənnətə aparar, lakin ibadətdə təzimə diqqət etmək, insanı Allaha aparar “. Namaz, oruc, həcc, zəkat və qurban kimi neçə-neçə ibadətlər vardır ki, təzimə diqqət edilməz isə məqbul olmaz və əcri itə bilər. Bu cür əməllərdən əldə edəcəyimiz feyz və bərəkət, göstərəcəyimiz əhəmiyyət qədərdir. Hər gün çəkməkdə olduğumuz zikr və dualarda da vəziyyət dəyişməz. Onları ifa edərkən göstərilən etina və hörmət nisbətində mənəvi dərəcələr əldə edilir və kamil insan olma yolunda məsafələr qət ediləbilir. Qəflətlə və hörmətsiz edilməsi vəziyyətində isə bəzi alimlərə görə insanı geri belə apara bilər.

Alim və ariflərə təzim göstərmək, elmin və mədəniyyətin ən əhəmiyyətli açarlarından biridir. Mədəniyyətimizin qabaqcılları olan bu zümrə, bu mövzuda o qədər incə və həssas ölçülərə diqqət çəkmişlər ki, bu günün insanının xəyal və təfəkkür dünyası, bu incəliklərdən çox zaman qafildirlər. Hətta gərəksiz görürlər. Belə olunca da elmlərində bir bərəkəti olmaz. Elmi, irfanı feyz və nur olaraq qiymətləndirən böyüklərimiz, buna vəsilə olan kəslərə qarşı son dərəcə hörmətli və ədəbli olmağın lazım olduğunu israrla bəyan etmişlər. Ustadların hüzurunda necə oturulur, onlara necə nəzər edilir, xidmətdə hansı cür nəzakət qaydalarına diqqət edilir kimi daha neçə-neçə incə ədəblərə işarə edilmişdir. Çünki elm və ürfan, sətirlərdən əvvəl sadırdan (könüldən) alınan feyz və bərəkətlə qapılarını istəyənlərin üzünə açar.

Elm və irfanı əldə etmə adına elmin digər vasitələrinə belə təzim göstərilmişdir. Qələmə, kağıza və kitaba göstərilən hörmət ilə əlaqədar tariximizdə bənzərsiz misallar vardır. Əvvəllər, mürəkkəblə yazılan yazılar silinmək istəndiyində, su ilə yuyulardı. Ənəs -radiyallahu anh-, dörd böyük xəlifə zamanındakı tələbələrin, Quran ayələrinin yuyunduğu suları təsadüfi olaraq sağa sola atmadıqlarını, əksinə xüsusi bir qabda yığaraq qəbir kənarlarında və ya ayaq basılmayan yerlərdə açılan təmiz quyulara tökdüklərini bildirir. Bu sulardan eyni zamanda şəfa niyyəti ilə də istifadə olmuşdur.

Təzim duyqusu bir könülə yerləşincə, həyatın hər sahəsində bunun saysız təzahürləri görünür. Nümunə olması baxımından bu misallar xəyal və təfəkkür dünyamıza fikir verəbilir. Cüneyd Bağdadi, təqva əhli olduğu deyilən birini ziyarət üçün getdiyində, onun qiblə istiqamətinə tüpürdüyünü gördü. Bunun üzərinə:   “Bu adam ədəbə uyğun gəlmir!” Düşüncəsiylə həmin adamla görüşməyib geri döndü. Ondakı təzim duyğusunu zəif gördü. Ənəs radiyallahu anhın dediyinə görə, Rəsulullah -səllallahu əleyhi və səlləm tualetə girəcəyi zaman, Allah Təalaya təzimindən ötəri üzərində “Muhammədun Rəsulullah” yazan üzüyünü çıxarardı.

Həzrəti-i Ömər və Həzrəti-i Osman (ra)-, hər səhər qalxanda Qurani kərimi ehtiramla öpməyi adət halına gətirmişdilər. Abdullah bin Ömər -radiyallahu anh- da hər səhər Quranı əlinə alır, böyük bir təzimlə öpər və duyğulu bir şəkildə:

“Rəbbimin əhdi, Rəbbimin açıq-aşkar fərmanı!” Deyə bağrına basardı.

Allah dostlarından Bişri Hafi Həzrətləri, həyatının ilk dövründə günahkar idi. Bir gün sərxoş vəziyyətdə yolda gedərkən üzərində bəsmələ yazılı bir kağız tapdı. Onu öpüb başına qoydu. Qoxular sürdü və gözəl bir yerdə saxladı. O gecə yuxusunda belə bir nida eşitdi:

“Mənim adımı gözəl qoxulara sardın, ona təzim və hörmət etdin. Mənəm izzətim və əzəmətinin haqqı üçün, Mən də sənin adını iki dünyada hörmətli edəcəyəm. ”

Bunun üzərinə Bişr oyandı, tövbə etdi, sədaqət və səmimiyyətlə Allaha yönəldi.

Son Osmanlı padisahlarindan Abdüləziz Xan, Peyğəmbər Əfəndimiz səllallahu aleyhi vəsəlləmə son dərəcə hörmət və məhəbbətlə bağlı bir sultan idi. Bir gün xəstə yatağında huşsuz və saralmış bir vəziyyətdə yatarkən özünə:

“Mədinəi-Münəvvərədən bir məktub var!” Deyilmişdi. Bunu eşidən padşah, bütün gücünü toplayıb, yavərlərinə:

“-Dərhal Məni ayağa qaldırın! Harameyndən gələn tələbləri ayaq üstə dinləyim! Allah Rəsuluna qonşu olanların tələbləri, belə ayaq uzadılaraq ədəbə zid bir şəkildə dinlənilməz! “Deyərək Mədinəyə və Həzrəti Peyğəmbər səllallahu aleyhi və səlləmə olan məhəbbət və təzimini göstərmişdir.

Xülasə təzim, təqvalı bir könlün çölə əks olunan davranış gözəllikləridir. Necə ki, ayeyi-kərimədə bu əlaqəyə belə diqqət çəkilir.

“… Hər kim Allahın nişanələrinə (dinin əlamətlərinə) təzim göstərirsə, şübhəsiz bu, qəlblərin təqvasındandır.” (Həcc Surəsi, 32)

Mənbə:gencdergisi.com

Read Previous

“Həcc ziyarəti qaydaları dəyişiləcək” QMİ-dən açıqlama

Read Next

“Ölüyə QURAN oxuyaq?”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.