• 23 Dekabr 2024

Bağışlamaq

Möhtərəm müsəlmanlar, bağışlamaq-xəta və günahı əfv etmək, işlənən günaha görə cəzalandırmamaq, qüsuru olan kəsləri qınamamaq mənalarını ifadə edir.

Uca Rəbbimizin gözəl adlarından biri də “əl-Ğafur” dur. Bu ad qullarını dünya və axirətdə rəzil etməyən, onların günahlarını gizlədən, örtən, bağışlayan və günahlarına görə cəzalandırmayan mənasını ifadə edir.

Allah təala günahkar qullarını bağışladığı kimi, möminlər də bir-birlərini əfv etməyə çalışmalıdırlar. Məhz insanlara qarşı kin və nifrət duyğusu bəsləmək mömin insanlara xas olan xislət deyildir. Bu barədə Uca Allah Peyğəmbərimizə xitabən (s) belə buyurur: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!”[1]

“Onları bağışla, onlarla alicənablıqla davran”[2]

Möhtərəm möminlər, Peyğəmbərimiz (s) İslamı insanlara təbliğ etmək üçün Məkkə yaxınlığında yerləşən Taifə gedir. Oradakı insanlara Allahdan başqa heç bir ilah olmadığını özünün isə Allahın peyğəmbəri olduğunu təbliğ edir. Ancaq Taif xalqı çox cahil və nadandır. Həzrət. Peyğəmbəri dinləyib ona iman gətirmələri əvəzinə Onu daşa basdılar. Təsəvvür edin Rəsulullahın (s) hər tərəfi al-qan içərisindədir. Bu hadisənin davamını Peyğəmbərimizin (s) öz dilindən eşidək:

(Avam camaat məni daşladaraq hər yerimi al qana boyamış, vermədiyi əziyyət qalmamışdı) Başımı qaldırıb göyə baxanda, bir buludun mənə kölgə verdiyini gördüm. Diqqətlə baxanda Cəbrayılı (ə)  gördüm.

Cəbrayıl (ə) mənə səslənərək: -Ey Mühamməd! Qövmünün sənə nə dediyini, səni himayə etməyi rədd etdiyini Allah təala bilir. Onlara dilədiyini etmək üçün də sənə Dağlar Mələyini göndərdi-dedi.  Bunun müqabilində Dağlar Mələyi mənə salam verdi. Sonra da: -Ey Mühamməd! Qövmünün sənə nə dediyini Allah təala eşitdi. Mən Dağlar Mələyiyəm. Sənin əmrlərini yerinə yetirmək üçün Allah təala məni sənin yanına göndərdi. Nə əmr edirsən? Əgər istəyirsənsə bu iki dağı onların başına uçurdum-dedi.

O zaman Mən: Xeyr. Mən Allah təaladan onların saylarından sadəcə Allaha ibadət edəcək və Ona heç bir şeyi şərik qoşmayacaq kəsləri seçəcəyini diləyirəm”-dedim.[3]

Vücudu iztirablar içində, qəlbi yaralı, lakin şəfqətlə dolu olan Rəsulullah (s) mələyin bu təklifini qəbul etməmişdir.

Həzrət Peyğəmbərimiz (s) şəxsən onu öldürmək üçün hücum edənləri belə bağışlamışdır. Həzrət. Ənəs belə nəql edir: “Hüdeybiyyə günü sübh namazı vaxtı Tənim dağı tərəfdən 80 nəfər Rəsulullahın üstünə hücum etdi. Niyyətləri onu öldürmək idi. Ancaq yaxalandılar. Həzrət. Peyğəmbərimiz (s) onları bağışlayıb sərbəst buraxdı.[4]

Allah Rəsulu (s) münafiqlərin çoxlu sayda tələ və sıxıntıları ilə qarşılaşmış qarşılığında onlara əfv və güzəştlə cavab vermişdir. Onların adlarını tək-tək bilməsinə baxmayaraq əshabələrdən Hüzeyfə əl Yəmani istisna heç kimə deməmiş bu mənada onlarla bəşəri münasibətlərini davam etdirmişdir. Aləmlərə rəhmət olan Həzrət. Peyğəmbərimiz (s) Məkkəni fəth edib Kəbəyə girən zaman Allah Rəsuluna və müsəlmanlara illərlə əziyyət və işgəncə verən qureyşlilər Məscidi Haramın içinə dolmuş, Kəbənin ətrafında oturmuşdular. Həzrət. Peyğəmbərimizin (s) nə edəcəyini səbirsizliklə gözləyirdirlər. Allah Rəsulu (s): -“Ey Qüreyş camaatı! Ey məkkəlilər! Nə deyirsiniz? İndi sizə nə edəcəyimimi düşünürsünüz?” –deyə soruşdu.

Qüreyşlilər: -Biz sənin xeyir və yaxşılıq edəcəyini gözləyirik. Sən kərəm və yaxşılıq sahibi bir qardaş, kərəm və yaxşılıq sahibi bir qardaş oğlusan. Güc və qüvvət bu an sənin əlindədir, bizə mərhəmət et!-dedilər. Bunun müqabilində Həzrət. Peyğəmbərimiz (s): -“Mənimlə sizin vəziyyətiniz Yusiflə (ə) ilə qardaşlarının vəziyyəti kimi olacaqdır. Yusifin qardaşlarına dediyi kimi mən də”:

Yusif dedi: “Bu gün sziə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın!” deyirəm.[5]

   Əziz möminlər, Həzrət. Peyğəmbərimizin (s) yaşadığı dövrdə tətbiq etdiyi bu cür bağışlama metodlarını gözləri ilə görən əshabələr də həyatlarının sonuna qədər bu metoddan istifadə etmişlər.

Həzrət. Ömərlə bağlı bir misal belədir: Bir gün Həzrət. Peyğəmbərimizə (s) qarşı kor-kobud rəftarı ilə tanınan bədəvi  Üveynə qardaşı oğlu Hür bin Kaysın yanına gəlir. Hür Həzrət. Ömərin dəyər verdiyi və fikirlərini qəbul etdiyi bir alim idi. Üyeynə ona: -Qardaş oğlu! Xəlifənin yanında çox böyük hörmətin var. Razılığını alsaydın, onu ziyarət edərdim-dedi. O da: -Yaxşı əmi, deyərək Həzrət. Ömərdən izin aldı. Üyeynə Həzrət. Ömərin hüzuruna girib ona xitabən: -Ey Ömər! Bizə nə bol dünya malı verirsən, nə də aramızda ədalətlə hökm edirsən dedikdə Həzrət. Ömər çox qəzəbləndi və onun üstünə yeridi. Hür bin Kays dərhal onların aralarına girərək: -Ey möminlərin əmiri! Allah təala Peyğəmbərinə “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (əl-Əraf 7/199) buyurur. Üyeynə də cahillərdəndir- dedi. Nəticə də o heybətli xəlifə olduğu yerdə sanki donub qaldı və bir addım da olsun atmadı.[6]

Əziz qardaşlar, xütbəmə bir ayə ilə son verirəm: “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün)  salam deyərlər.”[7]

Bagislamak

 

2  Noyabr  2012/18  Zilhiccə 1433


[1] əl-Əraf 7/199

[2] əl-Hicr, 15/85

[3] Buxari Bədül-Xalq, 7; Müslim, Cihad, 111

[4] Müslim. Cihad, 133

[5] Yusif 12/92

[6] İbn Abdülbər. III, 1250-1251

[7] əl-Furqan, 63

Read Previous

Noyabr 2012

Read Next

Qebir ziyareti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.