• 30 Dekabr 2024

Bakıda “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda Beynəlxalq Simpozium keçirilmişdir

yahya25 noyabr 2013-cü ildə Bakıda, Beynəlxalq Muğam Mərkəzində “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəkvətilik” mövzusunda Beynəlxalq Simpozium öz işinə başlamışdır. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Qafqaz Universitetləri Birliyi və Milli Tolerantlıq Mərkəzi ilə birlikdə təşkil etdiyi simpoziuma Azərbaycan, Türkiyə, Orta Asiya və Balkan ölkələrindən 300-dən çox qonaq, o cümlədən rəsmi şəxslər, elm adamları və din xadimləri qatılmışlar.
Simpoziumun açılış mərasimi DQİDK-nın təşəbbüsü ilə çəkilmiş “Əbədi işığın abidəsi: Şamaxı Cümə məscidi” filmi ilə başlamışdır.
Rəsmi açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədri Elşad İskəndərov  bildirmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü UNESCO tərəfindən elan edilmiş Seyid Yəhya Bakuvi (Şirvani) ili çərçivəsində 30-dan artıq silsilə tədbirlər keçirilmiş və ötən ay Parisdə UNESCO-nin mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dövlət Komitəsinin təşkilatçılığı ilə Seyid Yəhya Bakuviyə həsr edilmiş “Seyid Yəhya Bakuvi: Tolerntlığın ifadəsi” adlanan Simpozium bu silsilə tədbirləri beynəlxalq müstəviyə çıxarmışdır.
E. İskəndərov Seyid Yəhya irsinin və təsəvvüf yolunun Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırmış, bildirmişdir ki, ölkəmizdə uzun əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən təşviq edilir. Bu ilin UNESCO tərəfindən “S.Y.Bakuvi ili“ elan olunmasının da məhz Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində ərsəyə gəlməsini diqqətə çatdıran Dövlət Komitəsinin sədri, həmçinin qeyd etmişdir ki, S.Y.Bakuvi və onu şöhrətləndirdiyi Xəlvətiyyə təriqətinin dünyaya buraxdığı irs – istər dinlərarası tolerantlıq dünyagörüşünün, istər məzhəblərarası münaqişələrin qarşısının alınmasında, istərsə də dini radikalizmlə mübarizədə – bu gün də aktualliğini itiriməmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirmişdir ki, tarixi şəxsiyyətlərin tanıdılması önəmlidir. Seyid Yəhya kimi şəxsiyyətlərlərin tanıdılması istiqamətində apararılan işlərə dəstək verdiyi üçün Dövlət Komitəsinə təşəkkür edən Allahşükür Paşazadə DQİDK-ın son illərdə həyata keçirdiyi fəaliyyəti təqdir etmişdir.
Türkiyənin Diyanət İşlər Başqanının müavini Hasan Yılmaz çıxışı zamanı bir neçə gün əvvəl Əskişəhərdə keçirilən simpozumu xatırlatmış, qeyd etmişdir ki, bu silsilə tədbirlərinin yekunun məhz Bakıda Seyid Yəhya Bakuvinin vətənində keçirilməsi xüsusilə əhəmiyyətlidir. H. Yılmaz Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən bu ilin Seyid Yəhya Bakuvi ili elan edilməsini dəyərləndirmiş, qeyd etmişdir ki, dahi mütəfəkkirin bütün islam dünyasına olan xidmətlərinin tanıdılması istiqamətində bu çox böyük addımdır.
Çıxış edən Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdir ki,  Seyid Yəhya Bakuvi əsərlərini müxtəlif dillərdə yazsa da ən əsas əsərini ana dilimizdə yazmış, bununla da Azərbaycan fəlsəfi elminə öz tövhəsini vermişdir. Bu gün həm ölkəmizdə təhsil islahatlarının davam etdiyi bir vaxtda məhz Seyid Yəhya Bakuvi irsinin öyrənilməsi çox önəmlidir.
Türkiyə Cumhiryyətinin Təhsil nazirinin müavini Orhan Erdəm nazir Nadi Alcının təbriklərini çatdıraraq Seyid Yəhya Bakuvi simpoziumuna uğurlar arzulamışdır.
Çıxış edən millət vəkili Qənirə Paşayeva və professor Rafael Hüseynov qeyd etmişlər ki,   bu gün ölkəmizdə mövcud tolerantlığın qaynağı məhz Seyid Yəhya Bakuvi kimi dahilərin yaşatdığı məktəbin nəticəsidir. Seyid Yəhya Bakuvini dünyaya tanıtmaqla həm onu, həm də Azərbaycanı tanıtmış oluruq. Çünki son nəticədə dünya həm Seyid Yəhya Bakuvini, həm də Seyid Yəhya Bakuvilər yetişdirmiş böyük xalqı və onun böyük mədəniyyətini tanımış olur. Bu baxımdan Azərbaycan üçün Seyid Yəhya Bakuvi və onun kimi tarixi şəxsiyyətlərin irsinin öyrənilməsi və təbliği xüsusi əhəmiyyət kəsb edir.
Tədbir “Savalan” qrupunun ifasında irfan musiqisindən ibarət konsert və muğam ustası Alim Qasımovun ifasından ibarət proqram ilə davam etmişdir.
mənbə:
dini qurumlarla iş üzrə dövlət komitəsi

Read Previous

MƏKTƏBLƏRDƏ QURANİ KƏRİM DƏRSİ BİRİNCİ OLDU.

Read Next

6 min məsciddə “Qazi azan” oxunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.