• 03 Oktyabr 2024

Başa Düşmürsünüz?

“Başa düşmürsünüzmü?”

“Düşünüb ibrət almazsınızmı?”

“Görmürsünüzmü?”

“Təfəkkür etmirsinizmi?”

Təfəkkürün nə qədər böyük bir iman açarı olduğunu bu ayeyi- kərimələr də ifadə edir. Qiyamətdə fəryad edənlərə bu iki xüsus xatırladılacaq:

Məgər orada sizə Öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi (əl-Fatir, 37)

Cəhənnəm əhli belə etiraf edəcək:

Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başlmıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq! (əl-Mulk, 10)

Qurani-Kərim dünya dərsxanasında tamaşa olunan təcəlliləri təmsil və təsvirlər halında, sirr və hikmətlərinə təmas edərək izah edir:

Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib (mənasını) onlara izah etdik (əl-İsra, 89)

Beləliklə də, Quran oxuyan və dünya dəraxanasına təfəkkür nəzəri ilə baxan insanın qəlbində səviyyə və qabiliyyəti nisbətində təfəkkür meydana gəlir, bununla da “mşrifətullah” a pəncərələr açılmış olur.

Quranı təfəkkürlə oxuduğumuz zaman imanımızı gücləndirən, yəqinimizi artıran bir ilahi yardımla da qarşılaşarıq.

On dörd əsr əvvəl Quranın bəlağəti ilə ifadə edilmiş kövni (yaradılışla bağlı) həqiqətlər.

Read Previous

MƏSCİDİ-NƏBƏVİDƏ 70 GÜN SONRA CÜMƏ NAMAZI QILINDI

Read Next

AZƏRBAYCAN ORDUSU, TÜRKİYƏ SİLAHLARI İLƏ ARSENALINI GÜCLƏNDİRƏCƏK