• 10 Dekabr 2024

Baxmaq və Görmənin Hekayəsi

Bir adam, ilk dəfə getdiyi kiçik bir qəsəbədə ətrafın çaşqın baxışlarla baxıb gəzinirkən, yolun kənarında dayanmış maşına yaxınlaşır. Arxa oturacaqda tək başına əyləşən uşağa belə deyir; Buralı deyiləm. Parkın yanındakı çörək sexini axtarıram, yaxınlıqda olduğunu dedilər.

Maşındakı uşaq, qapı şüşəsini bir az daha endirdikdən sonra, “Mən də buraya ilk dəfə gəlirəm. Amma onu da deyim ki, sağ tərəfə gtməlisiniz” deyə adama cavab verir.

Adam uşağın da buralı olmamasına rəğmən bunu necə anladığını bilmək istər. “Hardan bildin ki, çörək sexi sağ tərəfdədir, bunu necı bildin?” deyə uşağa soruşar.

Uşaq : “Cökə çiçəklərinin ətrini duymursunuz? Quşların cıvıltısı da oradan gəlir” deyər və gülümsəyər.

“Yaxşı bəs – deyə adam soruşur – bunların parkdan gəldiyini, tək bir ağacdan gəlmədiyini hardan bilirsən”?

– Tək ağacdan bu qədər çox ətir yayılmaz, deyə uşaq cavab verir. Əlavə edər, “Üstəlik maqnoliya güllərinin də ətri gəlir. Bir az daha dərindən nəfəs alsanız yeni bişmiş çörəklərin ətrini də hissedəcəksiniz.”

Adam  gözlərini bir qədər qıyaraq deyilənləri yerinə yetirdi. Sonra təşəkkür etmək üçün uşağa tərəf əyildi və onun kor olduğunu gördü. Uşaq isə, adamın danışarkən bir anlığına fasilə verməsindən, özünün kor olduğunun bilindiyini anladı. İşığa həsrət qalmış gözlərini gizlətməyə çalışırcasına sıxıldı oturduğu yerə. Ardınca “Üç il bundan əvvəl bir qəza keçirdim, təkrar görməyi nə qədr də çox istəyirəm. Sizin gözləriniz sağlamdır, deyilmi?” deyə soruşdu.

Adam, uşağın dediyi yerdə olan çörək sexinə yönəldi və deyinməyə başladı: “Artıq əmin deyiləm. Bildiyim bir şey var, sənin məndən yaxşı gördüyündür.”

 Hər birimiz həyatımız boyunca ən azı bir dəfə baxmaq ilə görmək arasındakı fərqi vurğulayan cümlələr eşitmişik. Hekayəmiz də bu mövzuya işarət edir, məntiq qədər duyğu və hisslərin də həyata qatılmasının vacibliyini xatırladır. Son illərdə zəka testləri (IQ) qədər, duyğuların testləri (EQ) gündəmə daşınmış vəziyyətdədir. Həyat bizə lütf edilmişdir. Sağlam yaşanılan həyat isə ən böyük hədiyyələrdən biridir. Hər birimiz sahib olduğumuz sağlamlıqla bir sərvət sahibiyik. Maddi dəyərlərimizlə gözəl yaşamağa həmişə həvəsliyik. Buna müqabil, sahib olduğumuz sağlam üzvlərimizin, duyğularımızın qiymətinin fərqində olmuruq. Bədən və ruh sağamlığımızın üçün şükr edək və məntiqli davrandığımız qədər, duyğulu davranışımızı da qataq həyatımıza.  Bugün, yeni bir gün olsun hepimiz için. Ürəyimizlə hissetməyi də ehmal etməyək. delim. Həyat bütöv olaraq gözəldir.

Read Previous

Cərir bin Abdullah (r.a) nəql etdikləri

Read Next

Dinimizə Görə Orqan Bağışlamaq Olarmı?