• 22 Dekabr 2024

Bir mağarada yaşananlar

magaraBuxari və Müslimdə keçən bir hədisi şərifdə peyğəmbər əfəndimiz (səv) üç gənci və başlarına gələnləri bizə belə izah edir. Hz. Ömər Əfəndimizin oğlu Hz. Abdullah (ra) vasitəsi ilə anladılan hadisə belədir:
Günlərin bir günü bizdən əvvəl yaşamış üç gənc, uzun bir səfərə çıxırlar. Axşam olunca bir mağaraya sığınırlar. Gecəni mağarada keçirən gənclər, ertəsi gün mağaradan çıxıb yollarına davam edəcəklərdi ki, bir də gördülər, yuxarıdan böyük bir daş parçası diyirlənərək gəlib, mağaranın qapısını bağlamışdı. Nə etsələr də o daşı yerindən tərpədə bilmədilər. Gördülər ki, bu daşı, heç bir insan oğlu yerindən qaldıra bilməz. Çarəsizlik içərisində olan gənclərdən biri buradan xilas olmaq üçün:
“Hər birimiz həyatımızda etdiyimiz bir yaxşı əməlimizi xatırlayaraq, bu yaxşılığımızın xatirinə bizi qurtarması üçün Allahu təalaya yalvaraq.” Dedi.
Bu fikir qəbul edilir və gənclərdən biri əllərini açaraq dua etməyə başlayır:

“Allahım! Bilirsən ki mənim qoca ana və atam vardı. Onların yeməsini içməsini özüm təmin edərdim. Dağlarda otlayan qoyunlarım, keçilərim kəndə gələr-gəlməz uşaqlarımdan əvvəl, o qoyunlardan südü sağıb əvvəlcə ana atamın qarınını doyuzdurar, südlərini içirər, onları yuxuya yatırar, ondan sonra öz ailəmlə məşğul olardım.
Ana atama son dərəcə etina göstərərdim. Bir axşam heyvanlar yaylaqdan gec gəldilər, gec gəldikləri üçün də tam vaxtında ana atamın südünü içirə bilməmişdim. Heyvanlardan südü sağıb onlara apardığım zaman anam ilə atam olduqları yerdə yuxuya dalmışdılar. Onları oyadaraq narahat etmək istəmədim. Onlara qıymadım. Əlimdə süd kasası ilə birlikdə onlar oyanana qədər yanlarında gözlədim.
Sabah namazı üçün oyandıqlarında məni başuçlarında və ayaq üstə, əlimdə bir tas süd ilə görüncə duyğulanaraq məndən məmnun qaldılar. Allahım! Əgər bunu şəksiz şübhəsiz sənin rizan üçün etmişəmsə bizi bu mağaradan qurtar.” Deyə dua etdi.
Gəncin bu duası bitər-bitməz daş bir az aralandı, lakin çölə çıxılacaq kimi deyildi.
Bundan sonra ikinci gənc, əllərini qaldırıb dua etməyə başlayır:
“Ey Allahım! Çox sevib aşiq olduğum bir əmim qızı var idi. Gözüm ondan başqasını görmürdü. Ondan murad almaq istəyirdim. Nə etdimsə də mənə yaxınlaşmadı və məni istəmədi. Gedib başqa birisi ilə evləndi. Günlərin bir günündə məmləkətimizdə qıtlıq baş verdi. Mənim vəziyyətim yaxşı idi və çox varlanmışdım. Ambarım buğda və taxıl ilə dolu idi. Əmimin qızı isə ehtiyac sahibi, kasıb idi. Bir müddət sonra çarəsizlik içində gəlib məndən taxıl istədi.
Mən, ona; “Əgər mənimlə bir yerdə olsan, sənə istədiyini verərəm, yoxsa vermərəm.” Dedim.
Bunu deyincə hirs ilə yanımdan ayrıldı.
Bir müddət sonra başqa çarəsi olmadığından təkrar yanıma gəldi. “Təki uşaqlarıma bir şey olmasın, istəyini qəbul edirəm, amma heç kimin bizi görə bilməyəcəyi bir yerə gedək.” Dedi.
Mən də “olar” dedim.
Tənha və heç kimin görməyəcəyi bir yerə getdik. Mən, ona tam yaxınlaşmaq istəyərkən birdən onun ağladığını gördüm.
Ona; “Niyə ağlayırsan? Bizi burada heç kim görmür.” Dedim.
O da mənə dönərək; “Bizi Allah görür, mələklər görür bu kifayət deyilmi? Ey əmimin oğlu bu istəyindən əl çək. Allahdan qorx” dedi.
Mən də etdiyim bu işdən çox peşman oldum. Günahıma tövbə etdim, əfv dilədim, o zinanı etməkdən vaz keçdim. Ömür boyu əmim qızının və uşaqlarının ehtiyaclarını qarşılamaq üçün sənə söz verdim. O gündən bəri nə ona, nə də başqa birinə yan gözlə baxmadım. Allahım! Əgər mən bunu şəksiz və şübhəsiz sənin qorxun və sənin rizan üçün etmişəmsə, başımızdakı bu çətinliyi bizdən uzaqlaşdır.” Deyə yalvardı.
Qaya bir az daha açıldı. Lakin yenə də çıxılacaq kimi deyildi. Sıra üçüncü gəncə gəlmişdi. Üçüncü gənc, əllərini qaldıraraq başlayır dua eləməyə:
“Ey Allahım! Mənim yanımda işləyən işçilər var idi. Bir gün, həmin işçilərdən birisi bir müddət çalışdıqdan sonra xəbərsizcə işdən ayrıldı və bir daha işə gəlmədi. Mən də onun məndə qalan pulunu hesablayıb, o pulla onun adına bir neçə qoyun aldım və bəsləməyə başladım. Sən də bu qoyunlara bərəkət verdin. Qoyunlar artdıqca artdılar. Günlərim bir günü həmin işçim dönüb gəldi və ödənişini istədi. Mən də:”Bu gördüyün qoyunlar, inəklər və dəvələr sənindir.” Dedim.
İşçi: “Mənimlə ciddi danış. Mən öz haqqımı almağa gəlmişəm. Mənim pulumla bu qədər qoyun alına bilməz. Ver pulmu mən gedim” deyincə, mən də; “Səninlə ciddi danışıram. Pulunu yeməmişəm, onunla bu heyvanları aldım. Onlar da çoxaldı. Sürünü götür get, ananın südü kimi halal olsun.” Deyə cavab verdim.
O qədər sevindi, o qədər məmnun qaldı ki sevincindən uçacaqmış kimi oldu.
Ey Rəbbim! Əgər bu işi sırf sənin razılığını qazanmaq üçün etmişəmsə, içində olduğumuz çətinlikdən bizi qurtar.” Deyə yalvardı.
Gəncin bu duasında sonra qaya tamamilə açıldı və gənclər çıxıb yollarına davam etdilər.
Bu hədisi şəriflə Əfəndimiz (səv) bizlərə səslənərək: “İxlaslı olun Ey Möminlər! Etdiyiniz işləri yalnız Allah rizası üçün edin.” demək istəyir.
Bəs görəsən həmin iş bizim başımıza gəlsəydi, bir mağarada, və yaxud, bir liftdə köməksiz qalsaydıq səsimizi duyuracaq heç kimimiz olmasaydı, ümidimizi kəsdiyimiz anda sırf, “Allah rizası üçün etdim” dediyimiz və başımız bəlaya düşəndə; “Ey Allahım! Əgər bu əməli ancaq sənin rizan üçün, başqa heç bir mənfəət güdmədən etdimsə məni bu çətinlikdən qurtar.” Deyə biləcəyimiz bir əməlimiz var mı?
Bizə üz verən bəla və müsibətlərdən, işlədiyimiz günahlara qədər, bədənlərimizə yük olan bu maneələrdən qurtulmağın yolu bizləri çətinliklərdən xilas edəcək əməllərimizi çoxaltmaqdır.

Mənbə:dinihaberler.com

Read Previous

Peyğəmbər əfəndimiz (səv) üçün yazılan mərsiyə

Read Next

Müsəlman ata-ananın vəzifəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.