• 22 Dekabr 2024

Bir qadın yanında məhrəmi olmadan həccə gedə bilərmi?

kabedekadinlarİslamda əmr və qadağanlar, qadın-kişi fərqi qoyulmadan hər iki cins nəzərə alınaraq qoyulmuşdur. Buna görə həcc farizasını bildirən:
“Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!” (Ali-İmran, 97) ayəsi, həddi büluğa çatmış, ağıllı və zəngin bütün mömin kişi və qadınları əhatəsini alır.

Ancaq qadının uzun səfərə çıxması bəzi çətinliklər doğura biləcəyi üçün burada qadınların lehinə asanlıq gətirilmişdir. Varlı olan qadın, yanında əri və ya başqa bir məhrəm qohumu varsa, ona həcc fərz olur. Əks halda şərtlərdə əskiklik olduğu üçün həcc zəruriliyi olmaz. Peyğəmbər Əfəndimiz səllallahu aleyhi və səlləm belə buyurmuşdur:

“Qadının yanında əri və ya məhrəmi olmadığı təqdirdə, üç gündən çox bir səfərə çıxması halal olmaz.” (Buxari, taksirde, 4; Müslim, Həcc, 413; Əbu Davud, Mənasik, 2)

“Bir qadın, yanında əri olmadığı təqdirdə həcc etməsin.” (Əş-Şevkânî, ən-Neylü’l-Əvtar fi Şərhi Mültekal’l-Əxbar, IV, 491)

Digər tərəfdən Allahın Rəsulu -səllallahu aleyhi və səlləm-:

“Bir qadın, yanında məhrəm biri olmadığı təqdirdə bir kişi ilə yalnız qalmasın və səfərə çıxmasın!” Buyurunca, bir adam ayağa qalxmış və:

“-Ey Allahın Rəsulu! Həyat yoldaşım həcc üçün çıxdı, mən isə filan savaşa getməyə hazırlanıram. “Deyincə, Peyğəmbər Əfəndimiz:

“-Get Və yoldaşınla birlikdə həcc et!” Buyurmuşdur. (Buxari, Nikah, 111; Cihad 140, 181; Müslim, Həcc, 424)

Mənbə:

islamveihsan.com

Read Previous

Ailə səadəti

Read Next

Sentyabr 2015

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.