• 13 Noyabr 2024

Biz kimik?

Biz kimik?

Dəyərli möminlər!

Bir ümmət həyatını hüzur içində davam etdirə bilməsi üçün özünü tövhid ilahi nuru ilə aydınlatmalı, qəlbini Hz. Rəsulullah (s.ə.s)in məhəbbəti ilə doldurmalı, idrakını Qurani-Kərimin həyat nuru ilə canlandırmalıdır. Bu, yaşamanın  və inkişaf etməyin təməl şərtidir. Çünki əslini və əsasını bilməyən gələcəyindən əmin ola bilməz.

Elə isə, əziz möminlər! Biz  kimik? Əslimiz, əsasımız nədir?

Biz, Allahu Azimuşşanın: “Biz insanı ən gözəl  şəkildə yaratdıq” xitabına nail olan və bu İlahi xitabın haqqını verməyə çalışan qullarıyıq.

Biz, Quran dili ilə “Siz insanlar üçün seçilib çıxarılmış ən xeyirli bir ümmətsiniz, yaxşılıgı əmr edər, pislklərdən çəkindirməyə çalışarsınız, çünki Allaha inanırsınız” fərmanının sahibləriyik.

Biz, aləmlərə rəhmət olaraq göndərilən və o dəhşətli məşhər günü hər kəsin “nəfsim, nəfsim” deyə çıgıracagı bir zamanda, səcdələrə qapanıb “ümətimi, ümmətimi istəyirəm ya Rəbbi, ümmətimi mənə bagışlamadıqca qalxmaram” deyə fəryad edəcək olan Həbibi-Kibriyanın  ümmətiyik.

Biz, Hz. Rəsulullah (səs)  Əshabına: orduya yardım edin! dediyi zaman bütün sərvətini alıb gətirən və Hz. Peyğəmbərin ailənə və uşaqlarına nə saxladın? sualına    “Allah və Rəsulunu saxladım ya Həbiballah” cavabını verən Hz. Əbu Bəkrin yolundayıq.

Biz, içi su ilə dolu bir tulugu belinə yükləyərək xalq içində gəzən və oglunun: “Atacan nə üçün belə edirsən?” sualına “özümü, nəfsimi bir az bəyənir kimi oldum, onu zəlil etmək, qururumu qırmaq istəyirəm” deyə qarşılıq verən Hz. Ömərin izindəyik.

Biz, müsəlmanlar arasında aclıgın və qıtlıgın hökm sürdüyü bir zamanda, özünə aid zeytun yagı, üzüm, və bugda yüklü olaraq gələn min dəvəni, yükləri iə birlikdə kasıb və yoxsullara paylayan Hz. Osmanın ardındayıq.

Biz, cibində olan dört dirhəm sərvətin bir dirhəmini gizlicə, bir dirhəmini açıqca, bir dirhəmini gecə və qalan bir dirhəmini də gündüz kimsəsizlərə sədəqə olaraq verən və Allah Rəsulunun: nə üçün belə etdin? sualına: “bəlkə Allah bunların birini qəbul edər düşüncəsi ilə etdim ya Rəsulallah deyən Hz. Əlini izləyirik.

Biz, Allah yolunda cihada çıxan və qarşısında okeanı görüncə dəvəsini dizlərinə qədər dənizə salaraq qılıncını çəkib; “Ya Rəbbi! Şahid ol, önümə bu ucsuz -bucaqsız dərya çıxmasaydı, Sənin Şanını daha irəli aparardım” deyə fəryad edən, göz yaşları tökən mücahidlərin arxasındayıq.

Möhtərəm möminlər!

Biz buyuq. Bizim cövhərimiz, əslimiz, əsasımız budur.

Biz, “Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın…[1] və “Həqiqətən möminlər qardaşdırlar…”[2] ayəti-kərimələrinə qafil qalaraq, dağılıb-parçalanıb bir birimizə nifrət edə bilmərik, yer üzündə fitnə-fəsad çıxara bilmərik.

Biz, bir birimizi lağa qoya bilmərik, bir birimizə ləqəblər qoşa bilmərik, müsəlman qardaşımızda qüsur axtara bilmərik[3], qüsuru olduğu zaman da, onu camaat içində rüsvay edə bilmərik, yaxud qüsuruna gülərək şeytanın və nəfsin əsiri ola bilmərik.

Biz, bir birimiz haqqında süi-zənn və qiybət  edə bilmərik.[4]

Biz, qonşumuz  ac oldugu halda tox yata bilmərik.[5]

Biz, özümüz üçün istədiyimizi müsəlman qardaşımıza da istəməyə  bilmərik.[6]

Biz, dogruluqdan, düzlükdən ayrıla bilmərik, çəkidə və ölçüdə aldada bilmərik.[7]

Biz, Allaha, Peyğəmbərə, Qur’ana üsyan edə bilmərik. Biz, övladımızı İslam əxlaqından başqa bir əxlaq üzərində yetişdirə bilmərik.

Baxın bizim haqqımızda Allah Rəsulu nə buyurur: “Siz elə bir ümmətsiniz ki, kimə xeyirlə şəhadət edərsəniz ona cənnət vardır. Kimə də pis şəhadət edərsəniz ona cəhənnəm vardır. Çünki siz yer üzündə Allahın şahidlərisiniz.

Nəhayət, sevgili qardaşlar! Biz kim olduğumuzu unuda bilmərik.

 

20 Yanvar 2012 / 26 Səfər 1433

 


[1] Ali-İmran, 103

[2] Hucurat, 10

[3] Hucurat,11

[4] Hucurat, 12

[5] Müsənnəf İbn Əbi Şeybə, cüz 7

[6] Buxari, Müslim

[7] Mutəffifin,1-3

http://minber.az/wp-content/uploads/2012/01/Biz-kimik.doc   http://minber.az/wp-content/uploads/2012/01/Biz-kimik.pdf

Read Previous

Namaz qılmamaq insanı dindən çıxarar?

Read Next

Zaman İsrafı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.