• 23 Dekabr 2024

BU DAVRANIŞLAR İNSANI AİLƏSİNDƏN UZAQLAŞDIRIR

aile bu xasiyyetler insani“Həmişə belə edirsən”, “Sən onsuz da beləsən”, “Diqqətsizsən” kimi fikirlərdən istifadə edən və ailə həyatında bir cür, sosial ortamlarda başqa cür davranışlar göstərən, həyat yoldaşının dərdinə və sevincinə ortaq olmayan, yalan söyləyən, hər iki cins üçün də keçərli olmaq üzrə məhrəm tələbləri cavabsız buraxan tərəflər bir-birilərinə qarşı sayğını da itirirlər.

Xoşbəxt evliliyə sahib olmaq hər kəsin arzusudur. Bu da bir reallıqdır ki, evində xoşbəxt ola bilməyən insan işində, cəmiyyət arasında da xoşbəxt ola bilməz. Əgər evində bir nigarançılıq varsa, insan mütləq özünü işdə, cəmiyyətdə də narahat hiss edəcək. Amma evində xoşbəxt olan adam istər işdə, istərsə də cəmiyyətdə üzləşdiyi çətinlikləri dəf etməyi bacarır. Bir atalar misalında deyildiyi kimi, “əvvəl evin içi, sonra çölü”. Amma elə insanlar da var ki, el arasında deyildiyi kimi, evə getmək onlar üçün sözün həqiqi mənasında, əzab-əziyyətdir. Bu vəziyyətin yaranmasında onları qınamaq da olar, qınamamaq da. Bəs insanları ailələrindən uzaqlaşdıran səbəblər nələrdir?

Araşdırmalar göstərir ki, bu problemlərin sırasında diqqətsizlik xüsusi rol oynayır. Bu, özünü birbaşa büruzə verməsə də, tədricən, yəni münasibətlərə təsir göstərməklə əhatə dairəsini genişləndirir. Necə deyərlər, işdən evə dönən və xoş münasibət, üzdə təbəssüm uman kişi və ya xanım tam tərsi ilə qarşılaşınca, evdə mənəvi rahatlıq tapa bilmir.

Bu problemlər sırasında münasibətlərdəki anlaşılmazlıq və ya hansısa qərar qəbul edilərkən başqasının fikrinin nəzərə alınmaması kimi səbəblər də var. Bu məsələdə həm kişinin, həm də xanımın üzərinə böyük məsuliyyət düşür.

Türkiyəli psixoloq Cihad Kayanın sözlərinə görə, evlənmədən öncə qadının sevilməsinə səbəb olan məqamları evləndikdən sonra unutması, nəzərə almaması həyat yoldaşının ondan soyumasına səbəb olur.

Psixoloqun sözlərinə görə, bəzi xanımların geyim-kecimlərinə, özlərinə fikir verməmələri həssas kişiləri hətta ailələrindən belə soyuda bilir. Psixoloq: “Hər bir xanım özü-özlüyündə bir növ kübar olmalıdır. Məsələn, o əgər evin bütün işlərini yerinə yetirir əsas diqqəti buna yönəldirsə, nəticədə özünü unudursa, həyat yoldaşına onun istədiyi qədər diqqət edə bilmirsə, kişi evindən və ailəsindən uzaqlaşır. Hətta uzaqlaşmasa belə, bir növ soyuyur”.

“Həmişə belə edirsən”, “Sən onsuz da beləsən”, “Diqqətsizsən” kimi fikirlərdən istifadə edən və ailə həyatında bir cür, sosial ortamlarda başqa cür davranışlar göstərən, həyat yoldaşının dərdinə və sevincinə ortaq olmayan, yalan söyləyən, hər iki cins üçün də keçərli olmaq üzrə məhrəm tələbləri cavabsız buraxan tərəflər bir-birilərinə qarşı sayğını da itirirlər.

“Biz sizi həyat yoldaşlarınızla, analarınızla, atalarınızla, uşaqlarınızla, mallarınızla, canlarınızla imtahan edərik” ayətini xatırladan mütəxəssis: “Bütün bunları gerçəkləşdirməsinə və ideal bir yoldaş olmasına rəğmən yüzlərcə xanımın aldadıldığı gerçəyini də göz ardı etməmək lazımdır”,-deyir.

Bu davranışlar evliliyə zərər verir!

İnadkar olmaq. Nə vaxtsa yerinə yetirilməyən tələbi, xahişi tez-tez gündəmə gətirib başa qaxınc etmək evliliyə zərər gətirir.

Diqqətsizlik. İşləməyən xanımların həyat yoldaşlarının alışqanlıqlarını və xasiyyətlərini bildikləri halda xəstəlik, gecə uşağa baxmaq kimi səbəbləri çıxmaq şərti ilə, başqa vaxtda nahar hazırlamamaları, onları işə gedərkən qapıdan yola salmamaları da incikliyə və narahatlığa səbəb ola bilir.

Bitməyən suallar. Kişini iş saatları içində məcburi səbəblər xaricində sıx-sıx arayaraq “hardasan”, “nə edirsən”, “yanında kim var” suallarını vermək.

Güvənməmək. Həyat yoldaşının mobil telefonunu tez-tez yoxlamaq, onu rahat buraxmamaq, hətta nəqliyyatdakı problemlər səbəbindən eve gec gəldiyi zaman üz-gözünü turşutmaq və yersiz suallar vermək.

Ailə məhrəmiyyəti. Ailədə bir problem yaşanan kimi, valideynləri və ya qaynana-qaynatanı tapıb və ya onlara zəng vurub  həyat yoldaşını şikayət etmək.

Sosial çevrəyə müdaxilə. Kişiyə onunla görüş, bununla görüşmə kimi təlimatlar vermək.

Yersiz qısqanclıq. Kişini öz anasından qısqanmaq, kişiyə anasını (qaynanasını) şikayət etmək, dava-dalaş zamanı onun ailəsini pisləmək.

Müqayisə etmək. Başqalarının öz həyat yoldaşlarına aldığı hədiyyələrdən danışmaq, müqayisə etmək və s.

Məsuliyyətlər. Kişi qapıdan girər-girməz, ondan uşaqlarla maraqlanmasını tələb etmək, “al bu uşaqları, bütün gün məni öldürüblər” kimi cümlələrlə qarşılamaq.

Pis şeyləri unutmamaq. Keçmişdə olanları tez-tez xatırlayıb, problem və münaqişələr yaratmaq.

MƏNBƏ:

xezerxeber.com

 

Read Previous

MÖMİN VƏ BAL ARISI

Read Next

MƏHRƏM OLMAYAN QADINLARLA ƏLLƏ GÖRÜŞMƏK CAİZDİRMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.