• 26 Dekabr 2024

Bu Gecə Saat Geri Çəkilir. Bunun faydası varmı?

Oktyabr ayının 27də gece saat 5:00da saat 4:00a geri qayıdacaq
Oktyabr ayının 27də gece saat 5:00da saat 4:00a geri çəkiləcək

Oktyabr ayının 27-i, gecə saat 05:00 də ölkədə saatların əqrəbi bir saat geri çəkilərək qış vaxtına keçiləcək. Dünyada 120 ilə yaxındır ki, tətbiq edilən bu proses ölkəmizdə 15 idir ki, həyata keçirilir və bu addımın əsas səbəbi kimi iqtisadi səmərə əsas götürülür. İqtisadçı ekspertlər saatların əqrəbinin geri çəkilməsini enerjiyə qənaət baxımdan əhəmiyyətli hesab edirlər. Bu zaman tək müəssislər deyil, elə vətəndaşlar da enerjidən demək olar ki, az istifadə edirlər. Bu isə səhərlər havanın daha işıqlı olması ilə əsaslandırılır.

Saatların geri çəkilməsi aqrar sahəyə, xidmət sektorlarına da təsirsiz ötüşmür. İqtisadçı ekspertlər hesab edir ki, saatların geri çəkilməsi fermer təssərüfatı işçiləri üçün xüsusilə əlverişlidir.

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, tarlada əkin sahələrində günəş işığı havanın işıqlı olması çox əhəmiyyətlidir. Ona görə də bu fermerlərə əlavə işləmək üçün zaman yaradılır. “Eləcə də xidmət sektorunda məsələn, kafe, restoran, mağazalar saatların geri çəkilməsi ilə daha çox işləmək imkanı qazanırlar ki, bu da dövriyyənin artmasına səbəb olur”.

Həkimlərin fikrincə, saat əqrəblərinin yerinin dəyişdirilməsi əhalinin təxminən 10-15%-də narahatçılıq yaradır. Vaxtın bu cür dəyişilməsi xüsusilə insanların səhhətinə, iş və yuxu rejiminə mənfi təsir göstərir. Bu da onunla əlaqədardır ki, insanların vərdiş etdiyi vaxt ayarı pozulur. Yəni insanlar öyrəşdiyi rejimlərdə yatıb, durmurlar, eləcə də işlərini, gündəlik planlarını həmişəki qaydada qurmurlar. Saatların geri çəkilməsi yaşlılarda sinir sisteminin pozulmasına səbəb olur ki, bu da onlarda aqressiv davranışlarla müşahidə olunur.Bənzər vəziyyətə məktəblilər, tələbələr, azyaşlılarda da rast gəlinir.

Paytaxt sakinləri isə saatların geri çəkilməsinin orqanizmə mənfi təsirini birmənalı hesab etmir. Psixoloqların fikrincə, isə saatların geri çəkilməsi baş verən cinayət faktlarının sayını daha da artırır.

Hazırda dünyanın 76 ölkəsində yay və qış vaxtı tətbiq olunur. Saat dəyişimi Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərarla tənzimlənir.

Mənbə: anspress.com

Read Previous

12 Gənc Qıza Hafizlik TACI

Read Next

BM tarixində bir ilkə imza atılacaq. BM İslam Üçün Bir Araya Gəlir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.