• 27 Oktyabr 2020

BU ÖLKƏDƏ HƏCC ZİYARƏTİ TƏXİRƏ SALINDI

Əhali sayına görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada Həcc ibadəti, kovid-19 pandemiyası səbəbindən 1 il təxirə salındı. Bu barədə ölkənin din işləri naziri Faxrul Razi bəyanat yayıb.   

Zəvvarların səhhətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıdıqlarını bildirən Razi, Səudiyyə Ərəbistanının tədbir və xidmətlər yönündən Həcc təşkilatçılığı üçün kifayət qədər vaxtı olmadığını qeyd edib.

Nazir, bu qərarın xüsusi Həcc dəvəti də daxil olmaqla bütün İndoneziya vətəndaşlarına şamil ediləcəyini, bu istiqamətdə heç kimə xüsusi imtiyaz verilməyəcəyini vurğulayıb.

Prezident Coko Vidodo isə, bölgələrdəki pandemiya intensivliyi nəzərə alınaraq ibadətxana, məktəb və iş yerləri üçün tətbiq edilən məhdudiyyət qərarlarının mərhələli olaraq ləğv ediləcəyini açıqlayıb.  

islamveirfan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 13 dəfə.

Müşfiq Xəlilov

Read Previous

HOLLANDİYADA AVTOBUS DAYANACAQLARINA QURAN AYƏSİ YAZILDI

Read Next

HƏZRƏTİ ƏLİNİN NAMAZ VAXTI TİTRƏMƏSİNİN SƏBƏBİ