Səudiyyə Ərəbistanında ateistlər terrorçu kimi qəbul olunaraq 20 il azadlıqdan məhrum ediləcək.
ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanının kralı Abdullah terrorçuluqla mübarizə haqqında qanuna dəyişikliklərin edilməsi barədə sərəncam imzalayıb.
Dəyişikliyə görə, ölkədə ateistlər “Əl Qaidə” və “Hizbullah” terror qruplaşmalarının üzvü kimi qəbul edilərək 20 il azadlıqdan məhrum ediləcək.
Kral Abdullahın terrorçuluqla mübarizə haqqında qanuna belə bir dəyişiklik etməsi insan haqlarını müdafiə edən qurumların etirazına səvbəb olub.
mənbə: