• 24 Dekabr 2024

CƏNAZƏNİN DƏFNİ

Möhtərəm möminlər, bir müsəlmanın cənazə namazını qılıb qəbirə qədər daşımaq mənasına gələn dəfn, bir möminə ediləcək son xidmətlərindən biridir. Rəsulullah (səs), bu barədə ediləcək işləri əməli şəkildə bizə öyrətmişdir. Məsələn vəfat edən Əbu Sələmənin yanına getmiş, açıq qalan gözlərini bağlamış və belə buyurmuşdur; “Ruh çıxınca gözlər onu izləyər!” Bu vaxt Əbu Sələmənin ailə üzvlərindən bəziləri fəryad qopararaq ağlamağa başlayanda Rəsulullah (səs)-:

“Özünüzə xeyirdən başqa bir şeylə dua etməyin. Çünki mələklər dualarınıza “amin” deyərlər!” buyuraraq həddi aşmamağı tövsiyə etmişdir. Sonra da cənazə üçün ediləcək dualara nümunə olaraq:

“Allahım! Əbu Sələməni bağışla! Dərəcəsini, hidayətə çatmışların səviyyəsinə ucalt! Geridə qalanları üçün də Sən onlara vəkil ol! Ey Aləmlərin Rəbbi! Bizi də, onu da bağışla! Qəbrini genişlət və nura qərq et!”-deyə dua etdi.[1]

  Rəsulullah (səs) vəfat edən müsəlmanın saleh insanlar tərəfindən yuyulmasını tövsiyə edərək cənazəyə ehtiram göstərilməsini, gözəl şəkildə yuyulub ətirlənməsini və kəfənlənməsini istəmişdir. Hazırlanmış cənazəni qəbrə qədər salmaq, dua etmək və onun haqqında şəhadət gətirmək son dərəcə mühümdür. Çünki, Allah təala cənazəyə bu şəhadətlərə görə davranacaqdır. Ənəs (r.a.) belə rəvayət edir: “Peyğəmbərimiz (səs) əshabı ilə birlikdə olarkən yanlarından bir cənazə keçdi. Əshabdan bəziləri o cənazəni xeyirlə yad etdi. Bundan sonra Peyğəmbərimiz: -“Qətiləşdi!”-buyurdu. Bundan sonra Ömər ibn Xəttab: Ya Rəsulallah qətiləşən nədir?-deyə soruşdu. Peyğəmbərimiz (səs) belə buyurdu:

-“İlk keçən cənazəni xeyirlə yad etdiniz, bu səbəbdən onun cənnətə girməsi qətiləşdi. Sonrakını da pis şəkildə yad etdiniz, onun da cəhənnəmə girməsi qətiləşdi. Çünki siz (möminlər), Allahın yer üzündəki şahidlərisiniz.”[2]

Bəli bu da bir həqiqətdir ki, insanlar, səbəsiz yerə birisi haqqında yaxşı və ya pis hökm üzərində birləşməzlər. Bu səbəbdən həyatda ikən ona görə davranıb Allahın şahidlərinin, bizim haqqımızda xeyirlə şahidlik etmələrinə çalışmalıyıq.

Əziz möminlər, cənazə hazırlandıqdan sonra namaz qılınaraq Allaha dua  edilir, Peyğəmbərimizə salavat gətirilir və ölünün bağışlanması üçün dua edilir. Bu, cənazə üçün  rəhmət vəsiləsidir. Bunun üçün hər insan öz cənazəsində daha çox insanın iştirak etməsini və onun üçün dua etməsini istəyər. Avf ibn Malik (r.a.) Həzrəti Peyğəmbərimizin (səs) cənazələrdə iştirak etdiyini və onlara dua etdiyini bildirən bir rəvayətində belə deyir:

“Peyğəmbər (səs) bir cənazə namazı qıldırdı. Həmin vaxt Allah Rəsulunun belə dua etdiyini eşitdim və əzbərlədim: “Allahım! Onu bağışla, ona rəhm et, onu əzab və sıxıntılaradan qurtar. Xətalarını əfv et. Cənnətini nəsib et, girəcəyi yeri (qəbrini) genişlət! Onu su ilə, qarla və buzla yuyulumuş (kimi tərtəmiz et.) Bəyaz paltarları kirdən təmizlədiyin kimi onu günahlarından arındır. Ona öz evindən daha gözəl bir ev, ailəsindən daha xeyirli bir ailə, xanımından daha xeyirli bir xanım ver. Ona cənnətini nəsib et, qəbir və cəhənnəm əzabından qoru.”

Avf ibn Malik hədisin davamında belə deyir: Bu gözəl duanı eşidincə “kaş ölən (kimsənin  yerinə) mən olsaydım” deyə qəlbimdən keçirdim.[3]    

Cənazəni tabutun dörd bir tərəfindən tutaraq on addım daşımaq müstəhəbdir. Daha çox daşınarsa  savab da artar. Cənazənin dəfn edilməsində tələsmək də müstəhəbdir.[4] Çünki Peyğəmbərimiz, cənazənin ailəsinin yanında uzun müddət saxlanılmasının doğru olmadığını demişdir.[5]

Cənazəni nə həddən artıq yavaş nə də həddən artıq surətli bir şəkildə aparmaq olmaz. Cənazəni sakit halda aramla aparmaq lazımdır. Belə ki, Rəsulullah (səs) cənazəni surətlə aparıldığını gördüyündə müdaxilə edərək; “Aramla gedin!”-buyurmuşdur.[6]

Cənazənin arxasınca  gedənlər, yolda mənasız sözlər söyləmək və yüksək səslə danışmazlar. Hətta yüksək səslə zikr edib Qurani-Kərimin oxunması da doğru deyildir. Həmin anda ölümü və axirəti düşünmək lazımdır.

Cənazəni, əgər qəbiristanlıq çox da uzaq deyilsə mümkün olduğu qədər minik vasitələrində aparmaqdan qaçmaq lazımdır. Çünki piyada getmək mümkün olduğu halda belə davranmaq xoş qarşılanmamışdır. Səvbanın (r.a.) rəvayət etdiyinə görə Rəsulullah (səs) bir cənazə mərasimində iştirak etdi. İnsanların bir qismini minik üzərində gördü. Bu hərəkətin cənazəyə qarşı hərmətsizlik olduğunu bildirərək belə buyurdu: “-Həya etmirsinizmi? Allahın mələkləri piyada olaraq getdiyi  halda siz heyvanların belində gedirsiniz!”-buyurdu.[7]

Bir adam yanından keçən cənazəni daşımasa belə, ona hörmətlə yanaşmalı, cənazə keçənə qədər və ya yerə qoyulana qədər oturmamalıdır.[8]

Əziz müsəlmanlar, Xütbəmi müsəlman bir kimsənin cənazə namazını qılmağın nə qədər böyük savab olduğunu bildirən bir hədisi-şəriflə son verirəm: “Kim savabına iananaraq, qarşılığını yalnız Allahdan umaraq bir müsəlman cənazəsi ilə birlikdə gedər və namazı qılınıb basdırılana qədər gözlərsə hər biri Uhud dağı qədər olan iki kırat[9] savabla qayıdar. Kim də cənazə namazını qılar, dəfn olunmadan öncə ayrılırsa bir kırat (yəni bir uhud dağı qədər) savabla qayıdar.”[10] 

Cenazenin defni

 

16 Dekabr 2011/ 20 Məhərrəm 1433


[1] Müslim, Cənaiz, 7

[2] Buxari, Cənaiz, 86; Müslim, Cənaiz, 60.

[3] Müslim, Cənaiz, 85.

[4] Buxari, Cənaiz, 51.

[5] Əbu Davud, Cənaiz, 34.

[6] İbn Macə, Cənaiz, 15.

[7] Tirmizi, Cənaiz, 28.

[8] Buxari, Cəanaiz, 47, 48.

[9] Kırat: Çəki vahididir.

[10] Buxari, İman 35.

Read Previous

HAQQ SAHİBLƏRİNİN HAQLARINI VERMƏK

Read Next

Islamda Abort

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.