• 22 Dekabr 2024

Cənub qaz dəhlizi ilə bağlı ilk saziş imzalandı

49174

Cənub qaz dəhlizi ilə bağlı saziş imzalanıb. ANS PRESS-in məlumatına görə, Cənub qaz dəhlizi ilə bağlı ilk saziş Xorvatiya, Azərbaycan, Albaniya və Monteneqro ölkələri arasında imzalanıb. Bundan başqa yekun investisiya qərarı da imzalanıb.

Qeyd edək ki, mərasimdə bir sıra dövlət və hökümət başçıları iştirak edir.

Xatırladaq ki, 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti “Şahdəniz” yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının “Britiş Petroleum” və Norveçin “Statoyl” şirkətləri ilə müqavilə imzalayıb. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə “Britiş Petroleum” və “Statoyl” şirkətlərinə xüsusi səlahiyyətlər verilib. Bu iki şirkət alyans yaradaraq işə başlayıb, sonra həmin alyansa Türkiyənin “Türkiyə Petrolları Anonim Ortaqlığı” şirkəti də qoşulub, onlar bu işləri öz imkanları çərçivəsində aparıblar. Nəhayət, Şahdəniz yatağı 1999-cu ildə kəşf edilib.

Kollektorda 1 trilyon kub metr qaz ehtiyatı ilə Şahdəniz yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağının kəşfiyyat işlərinin aparılması üçün qazılan quyu yatağın cənub-qərb hissəsində Xəzər üçün rekord

olan 7300 metrdən çox dərinliyə qazılıb. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verir.

Mənbə
ANS PRESS, Vəfa Şəhlayi

Read Previous

Şəkidə Yol Qəzası. Ailənin dörd üzvü yaralandı (VideoÇarx)

Read Next

Direktorların nəzərinə (VideoÇarx)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.