• 22 Dekabr 2024

Comərdlə paxılın fərqi

comert_cimri2-702x336Şeyx Sədi həzrətləri buyurur:
“Comərd kimsə, meyvə verən bir ağac kimidir. Comərd olmayan insan da dağdakı odun kimidir. ”
mömin, daim “alan əl” deyil, “verən əl” olabilmə səyiylə yaşayan, comərd və fədakar kimsədir. “Yar olub bar olmamağı”, yəni yük olmayıb, əksinə yük almağı həyat düsturu əldə edən kimsədir.
Allah yolundakı xidmət və səy göstərməkdə bu şüurdan uzaq qalanlar isə, sanki quru bir odun kimi yaşayan qafillərdir. Quru bir odun, necə ki atəşə atılıb yanmağa layiqdirsə, həyatın başıboş yolçuları olan, xəsis və eqoist kəslər də, əbədi həyatlarını çox acı bir əzab fəslinə çevirməkdən xilas ola bilməzlər.
Allah yolunda candan və maldan fədakarlıq, Cənabi Haqqın rizasına nail ola bilmək üçün lazımlı olan iki mühüm şərtdir. Bu rəvayət, bu həqiqəti açıq şəkildə ortaya qoyur:
Bəşir bin Hasasiyye (ra) belə nəql edir:
“Rəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimizə beyət etmək üçün gəldim. Mənə, Allahdan başqa heç bir tanrı olmadığına və Məhəmmədin də Onun qulu və Rəsulu olduğuna şəhadət etməmi, namaz qılmağımı, zəkat verməyi, İslam üzrə haccetməmi, Ramazan orucunu tutmağımı və Allah yolunda cihad etməyi şərt qoşdu.
Mən də belə dedim:
«Ey Allahın Rəsulu! Vallahi, bunlardan ikisinə gücüm çatmaz. Onlar da cihad və sədəqədir. İnsanlar cihaddan qaçan kimsəyə Allahın qəzəb etdiyini söyləyirlər. Mən isə cihad meydanına gəlincə nəfsimi ölüm qorxusu bürüyüb qaçmaqdan qorxuram. Sədəqəyə gəlincə, mənim malım kiçik bir qoyun sürüsü və on dəvədən ibarətdir. Onlar da ailəmin məişət qaynağı və minik heyvanlarıdır. »Rəsulullah (səllallahu əleyhi və səlləm) əlimi tutdu, yellədi və belə buyurdu:
-“Cihad Yox, sədəqə yox, yaxşı, o halda necə Cənnətə girəcəksə” ?!
Bunun üzərinə:
«Ya Rəsulallah! Beyət edirəm. »Dedim və Allah Rəsuluna, qoşduğu bütün şərtlər üzərinə beyət etdim.” (Əhməd, V, 224)
Demək ki öz rahatlığından başqa heç bir dərdi olmayan, İslamın ucalması uğrunda heç bir səy göstərməyən, saleh nəsillər yetişdirmə xidmətlərinə çiyin verməyən, nəhayət Allah yolunda fədakarlıqdan qaçan nadan bir kimsənin Haqqın rizasını və lütflərini umması, bihudə bir gözləmədir. Mərhum Nəcib Fazilin,
“Tumurcuq dərdində olmayan ağac, odundur!” Ifadəsi, tam da bu şəkildə ömrünü tükədənlərin halını təsvir edir. Həqiqətən, qönçələnmək, meyvə vermək, xidmət etmək üçün vəzifələndirildiyi insanlara xidmət və ikram etmək dərdində olmayan quru bir ağac, kəsilər və atəşə atılmaqdan başqa nə işə yarayar?
Mövlana Həzrətləri də cömərdlə cimrinin fərqini bu təşbehlə izah edir:
“Günəş, quru budağa da, yaş budağa da yaxındır. (Hər ikisini də işıqlandıran və qızdıran şüalarını comərdcə ikram edər.) Lakin zamanı gəlincə, yetkin, ləzzətli və gözəl qoxulu meyvələrini yeyəcəyin yaş və təzə budağın Günəşə yaxınlığı ilə, quru budağın günəşə yaxınlığı bir olarmı?!
Quru budaq, Günəşə yaxınlığı üzündən daha betər qurumaqdan (və yandırılacaq bir odun olmaqdan) başqa nə əldə edə bilər ?! ”
Demək ki Allah qatında cömərdlə xəsisin mövqeləri, bir-birindən çox fərqlidir. Comərd mömin, xalqın da Haqqın da məhəbbətinə nail olur. Necə ki bir hədis-i şərifdə,
“Allah Təala comərddir, lütf sahibidir, comərdliyi və yüksək əxlaqı sevər. “buyurulmaqdadır. (Süyuti, Camius-Sağir, I, 60)
Bir hədisi-qüdsidə də comərdliyin Allah nəzərindəki ülvi dəyərinə işarə mahiyyətində belə buyurulmaqdadır:
“Bu din (yəni İslam), Zat’ım üçün seçib razı olduğum dindir. Ona ancaq comərdlik və gözəl əxlaq yaraşar. Müsəlman olaraq yaşadığınız müddətcə onu, bu iki xüsusiyyətlə ucaldın! “(Heysəmi, VIII, 20; Əli əl-Müttəqi, Kənzul-Ummal, VI, 392)

Mənbə:islamveihsan.com

Read Previous

Nəsihətdə fayda vardır

Read Next

İkinci xanımla gələbiləcək dərdlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.