• 23 Dekabr 2024

DƏRDİMİZ

İnsan ətrafındakı var ola bilən bir varlıqdır. Ətrafıyla özünə məna qazanan və daxildən xaricə doğru varlıq göstərən bir canlıdır. İnsan yaşadıqca ətrafındakılara laqeyd qa bilməz. Qalmamalıdır da.

İslamın təməl prinsiplərindən biri də yaxşılığı əmr edib, pilikdən çəkindirməkdir. Bu təməl ölçü İslamın fərdə yüklədiyi məsuliyyətdir. Bu ölçü ətrafındakılara laqeyd qalmamaq ölçüsüdür. Çünki insanı digər canlılardan ayıran ən əhəmiyyətli xüsus onun hadisələrə məna verməsi ilə yanaşı hadisələri mühakimə də edə bilməsidir. Başqa sözlə desək, nəyin faydalı, nəyin zərərli olduğunu ayıra bilən bir xüsusiyyətə sahib olmasıdır.

Mövzumuzun ana fikrini bu iki xüsus meydana gətirir:

Birincisi, mömin qardaşının hər cür dərdi ilə dərdlənmək.

Digəri isə, ətrafına qarşı yaxşılığı yaymaq xüsusunda məsul olmaq.

Bu iki xüsusdan yola çızdığımız zaman, ilk ağlımıza gələn ayeyi-kərimələr Əsr surəsindəki ayələr olur. Rəbbimiz buyurur:

“Əsrə and olsun ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!”

Rəbbimiz burda ölçünü qısa və dəqiq olaraq ortaya qoyur.

Mömin ilk növbədə özü olmaqla birlikdə ətrafındakıların, təsvir edilən ziyandakılar sinfinə daxil olmamaları üçün əlindən gələn səyi göstərməlidir. Bu səy möminin dərdini öz dərdi bilmək hissiyyatından irəli gəlməlidir.

Möminin inziva həyatı yaşaması xalqın içinə qarışıb onların hallarıyla həmhal olması üçün mənəvi bir güc almasıdır. Yəni mömin həyatının sonuna qədər fərdi və ya ətrafdan təcrid olunmuş bir həyat yaşaya bilməz.

Ən yaxınımızdakıların dərdini çəkməklə başlamalıyıq. Övladımızın, həyat yoldaşımızın, anamızın, atamızın problemlərini dərd etməliyik. Evimizdə yanğın baş vermişsə uzaq diyarların yanğınlarını söndürə bilmərik. Evimizdəki övladımız səhv yolun yolçusu olmuşsa, başqasının övladına söz keçirə bilmərik. Çünki təbliğ ən yaxınımızdan başlamaq surətiylə haqla- haqla ətrafa yayılan bir proses daxilində həyata keçirilir. Möminin təbliği qəlbinin dərinliklərində dərd hiss edərək bu dərdinin nəticəsi olaraq yaradılan hər varlığa qarşı şəfqət və mərhəmət hissləri ilə hərəkət etməsidir.

Möminin məsuliyyəti yalnız özüylə məhdud deyil. İnsani ölçülərdə hər kəsdən, islami ölçülərdə də möminlərdən məsuldur. Dərdlənmək yalnız daxili bir hissdən ibarət qalmamalıdır. Möminlərin əziyyət çəkdikləri hər sahədə hərəkətə keçmək, konret addımlar atmaq, dərdi həll etmək bu baxımdan ən zəruri addımdır.

İndiki vaxtda ictimai problemlər və onların əsası sayıla bilməyəcək qədər çoxdur. Ailədaxili fəkakətlər, ruhi sarsıntılar, əxlaqi erriziya, mənəvi məhrumluğa əsaslanan onlarla mənfi hal…

Mömin bütün bunlara laqeyd qalmamalıdır. Qardaşlığın tələbi yalnız qardaş olduğumuzu ifadə etmək deyil.

Tələbə oxutmaq, hansısa bir dərnək fəaliyyətində iştirak etmək, vəqf qurmaq və buralarda aktiv vəzifə almaq bir dərdin təzahürü olaraq ortaya çıxmalı və bizi qardaşlarımızın dərdləriylə həmhal etməlidir. Rəsulullahın örnək həyatında ictimai hadisələrə nə qədər əhəmiyyət verdiyidə ayrıca bizim üçün bir ibrət vəsiləsi olmalıdır.

İslamın təməl prinsiplərindən biri də yaxşılığı əmr edib, pislikdən çəkindirməkdir. Bu təməl ölçü İslamın fərdə yüklədiyi məsuliyyətdir. Bu ölçü ətrafındakılara laqeyd qalmamaq ölçüsüdür. Çünki insanı digər canlılardan ayıran ən əhəmiyyətli xüsus onun hadisələrə məna verməsi ilə yanaşı hadisələri mühakimə də edə bilməsidir.

Read Previous

Aprel 2020

Read Next

Dostluq və onu ifadə edən Quran qavramları