“Din xadimləri üçün xüsusi geyim məsələsini həll etməyin vaxtı gəlib çatıb”. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxulislam Hacı Allahşükür Paşazadə deyib. O, din xadimləri üçün xüsusi geyim tikməyin çətin olduğunu vurğulayıb:
“Bu geyim xüsusi geyim olduğuna görə biz onları birinci din xadimlərinin təkmilləşdirmə kurslarına qədər hazırlayıb çatdıra bilmədik. Yeni geyimin tikilməsi bir az çətindir. Tikən adamı da tapmaq çətindir”.
Şeyx ötən gündən etibarən din xadimlərinin xüsusi geyimlərini tikən şəxsləri tapdıqlarını qeyd edib. “Bütün müdavimlər üçün xüsusi geyim hazırlanacaq. Bu dinin müasir formada təbliğinə öz müsbət təsirini göstərəcək”, – deyə Şeyx bildirib.
mənbə: