• 30 Dekabr 2024

DİNİ ETİQAD AZADLIĞI HAQQINDA QANUN DƏYİŞDİRİLMƏLİDİR

Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur.

Bu haqda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri qeyd edib ki, əslində, mövcud qanunun bütövlükdə dəyişdirilməsi, yeniləndirilməsi lazımdır.

Onun sözlərinə görə, adıçəkilən qanunun qəbulundan uzun müddət keçib.

“Azərbaycan müstəqillik əldə etdikdən sonra “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunub və həmin vaxtdan düz 26 il ötür.

Ötən illər ərzində zaman-zaman bu qanuna xeyli sayda dəyişikliklər, əlavələr edilib. Ancaq hesab edirik ki, artıq dövrün reallıqlarına uyğun olaraq, bu qanunun tam dəyişdirilməsinə, hətta yeni qanunun qəbuluna ehtiyac var.

Bunun üzərində artıq xeyli müddətdir işlər gedir və hesab edirik ki, bu işlər yekunlaşdıqdan sonra onu parlamentin müzakirələrinə təqdim etmək olar. Ancaq indidən detalları açıqlamaq, konkret vaxt söyləməyi düzgün saymırıq.

İşlər bitəndən sonra cəmiyyəti, medianı məlumatlandıracağıq”, – deyə komitə sədri bəyan edib.

Mənbə:islamveirfan.com

Read Previous

Xəyal oğrusu

Read Next

Noyabr 2018

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.