• 22 Dekabr 2024

Dinləri təhqir etmək cinayət sayılsın!

alimler_birligiDünya Müsəlman Alimlər Birliyi, dinləri alçaltmağın Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində cinayət sayılması üçün beynəlxalq qanun hazırlanmasını təklif etdi.

Birlikdən bildirilən yazılı açıqlamada, Fransanın paytaxtı Parisdə, keçən həftə silahlı hücum təşkil edilən həftəlik yumor jurnalı Charlie Hebdonun, hadisədən sonrakı ilk sayında təhriqedici karikaturalarınyayımlanması qınandı.

açıqlamada “Bəziləri, bütün dünyanı işıqlandıran mədəniyyət, elm əxlaqi dəyərlərə sahib böyük bir ümmətin duyğularını heçə sayır” deyildi.

Müsəlmanlardan, şiddətdən uzaq, məbədlərə zərər vermədən reaksiyalarını sülhsevər nümayişlərlə davam etdirmələri  İslam yalnız Həzrəti Məhəmmədə deyil, bütün dinlərə, peyğəmbərlərə müqəddəs dəyərlərə təhqiri haram edər. Müsəlman ölkələri, müqəddəs dəyərlərin aşağılanmasının cinayət sayılması üçün BMT-yə təqdim etmək üzrə qanun layihəsi hazırlamağa çağırırıq ifadəsinə yer verildi.

Ayrıca ölkə daxilində son iki həftə içində Müsəlmanlara istiqamətli hücumların artdığına toxunularaq, Qərb dünyasından, ölkələrində yaşayan, çalışan və ya turist olan müsəlmanların qorunması üçün lazımlı tədbirləri almaları istəndi.

Karikatura jurnalı Charli Hebdo’nun Parisdəki ofisinə, 7 Yanvarda təşkil edilən silahlı hücum sonrasında edilən əməliyyatlarda 17 adam həyatını itirmişdi. Jurnal, hücumlardan sonra dərc olunan ilk buraxılışında Həzrəti Məhəmmədi təsvir etdiyi iddia edilən karikaturalar nümayiş etdirmişdi.

Fransa İslamofobiyə qarşı nəzarət Başqanı Abdullah Zekri, bildirdiyi açıqlamada, ölkə daxilində son iki həftə içində Müsəlmanlara yönələn hücumlarda keçən ilin eyni dövrünə nisbətən yüzdə 110 artım olduğunu 116 hücumun rəsmi qeydlərə keçdiyini bildirmişdi.

mənbə:

islamveihsan.com

Read Previous

Fransa baş naziri bu müsəlmanı qəhrəman elan etdi

Read Next

Qurani kərimdəki şəfa ayətləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.