• 03 Noyabr 2024

Doğru yol

dogru-yolAllah taala biz insanlara doğru yolda olmağımızı əmr edir.Quran diliylə desək istiqamət üzərə olmağımızı istəyir. İstiqamət ümumi mənada hədəfə fəsadsız,tərəddüdsüz və davamlı olaraq yönəlib irəliləmək deməkdir.Təsəvvüf terminologiyasında isə, yaradılışdakı məsumluq və saflığı ləkələmədən mühafizə edə bilməkdir. Digər bir ifadə ilə istiqamət Allah Rəsuluna məhəbbəti saf tutmaq onun nümunəvi şəxsiyyətindən nəsibini almaq,əxlaqı ilə əxlaqlanmaq, ömür boyu Quran və Sünnənin ruhaniyyəti ilə yaşamaq,nəfsani dünya zövqlərindən uzaqlaşıb ibadət,qulluq və mərifət sirlərinə yiyələnə bilməkdir. Haqqa çatmaq üçün istiqamətdən başqa yol olmadığı kimi,hər xüsusda istiqaməti mühafizə etmək qədər yüksək bir məqam və onun layiqincə yerinə yetirilməsi qədər çətin olan heç bir əmr yoxdur. Bu səbəblə Haqq yolunda istiqamət ən böyük kəramət olaraq görülmüşdür. Allah (cc) ayəti kərimədə istiqamət əhlini belə müjdələyir.”Şübhəsiz ki:”Rəbbimiz Allahdır!”deyən,sonrada istiqamət üzrə olan kəslərə(ölüm ayağında)mələklər nazil olub belə deyəcəklər:”Qorxmayın və kədərlənməyin!Sizə vəd olunan cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarinizıq.Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi,istədiyiniz hər şey vardır.Bağışlayan və rəhm edən Allahdan ruzi (ziyafət) olaraq. (Fussilət-30,32) Şübhəsiz ki:Rəbbimiz Allahdır!”-deyənlərin,sonrada (sözünün üstündə) möhkəm duranların (Qiyamət günü)heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! Belələri cənnətlikdirlər,onlar (dünyada) etdikləri yaxşı əməllərin əvəzi olaraq orada qalacaqlar! (əl-Əhqaf,13-14).

İstiqamət Əhlinin yolu “sıradı-müstəqimdir” bu həqiqi və doğru yolda layiqincə irəliləyə bilənlər haqqinda yenə Qurani-Kərimdə belə buyrulur:

Allah və Peyğambərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğambərlər),siddiqlər (tamamilə doğru danişanlar,etiqadı dürüst,peyğəmbəri hamıdan əvvəl təsdiq edən xəxslər),şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar.Onlar isə necədə gozəl yoldaşlardır!(ən-Nisa,69)

Peyğəmbərimiz (s.ə.s) bir hədisi şərifində belə buyurur: İstiqamət üzrə olun.(Bunun savabını)siz təqdir edib qavraya bilməzsiniz.Bunu bilin ki,ən xeyirli əməliniz namazdır. Bir sözlə istiqamət hər mömin üçün zəruridir.İstər Alim olsun istər şeyx olsun, başında istiqamət sarığı olmayan hər kəs,sonda məhv olub gedər. İstiqamətlə bağlı kəramət əhli olan Haqq dostlarınin ürəkləri narahatçılıq içində titrəyərkən biz günahkar möminlərin bu məsələdə nə qədər həssaslıq göstərməyimizin zəruriliyini gəlin əməlli başlı düşünək.

 

Read Previous

Quruyan insanlar

Read Next

Ananın, uşaqların baxımı və tərbiyəsində göstərdiyi həssaslıq necə olmalıdır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.