• 22 Dekabr 2024

Dua nədir?

duaDua, qullar üçün bir möcüzədir.
Dua, Rəbbimizin bizə verdiyi ən böyük nemətlərdəndir.
Dua, qulu qul edən ən böyük xüsusiyyətlərdən biridir.
Dua, Uca Rəbbimizə, “mən buradayam” deyə bilməkdir.
Dua, Yaradan və yaradılan arasındakı limitsiz və əvəzi olmayan ömürlük bir söhbət xəttidir!
Dua, bəzən ürəkdən qopan bir nida, bəzən dodaqlar arasından çıxan bir hayqırış, bəzən də hüznlü gözlərdən axan bir neçə damla gözyaşıdır.
Dua, harada və necə olursa olsun səni tez bir şəkildə Yaradıcıya çatdıran bir mesajdır!
Bunun üçün etməyimiz lazım olan, qəlbimizi hazırlayıb, istiqamətimizi Ona yönləndirərək səmimiyyətlə istəməkdir. Sonra geri dönüş nə zaman və necə olacaq deyərək həyəcanlı bir şəkildə gözləməkdir.
Dua, bəzən Yaradanın “Səbirsizlənmə qulum!” Deyərmişcəsinə anında qarşılıq verməsi, bəzən isə məşuqun aşiqini nazlı bir şəkildə gözlətməsidir. Bəzən isə “mən nə istədim, Rəbbim nə verdi” deyərək çaşıb qalmaqdır. Tam bu sırada göydən leysan şəklində qəlbimizə ayət yağmasıdır.
Dua, “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.” (Bakara- 216) Demək ki, nə verdinsə gözəl verdin, haqqımda xeyirli olan nədirsə onu verdin. Mən də “Əmrin başım gözüm üstünə, əməntü və saddəqtü” dedim. Çünki təkcə Sən məni canı könüldən dinlədin və sadəcə Sən şübhəsiz ki, mənim haqqımda xeyirli olanı, yaxşılığımı istədin deyə bilməkdir.
Dua, sən məni qüsurlarımla, əksikliklərimlə sevdin, amma bilirsən ki mən də səni çox sevdim. İndi ən çox sevdiyim Sən: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (Bəqərə-186) demişkən, dua edərək sənə yaxınlaşmaq varkən, mən səndən başqasını neyləyirəm! Sən varkən başqasını özümə sirdaş etməyə, Sən varkən başqasının qapısını döyməyə nə gərək var! Deyə bilməkdir.
Ey hər canlı və cansız varlığı öz dillərində Səni təsbeh etməyə və Sənə şükr etməyə müqtədir edən Allahım! Bizi Sənsiz, bizi sevginsiz, bizi kimsəsiz buraxma. Bizi ürəyi oyanıq qullarından et. Bizi sevdiyin, sevdirdiyin, rızana yönəltdiyin qullarından et. Bizi məhşərdə nur camalını göstərməyə layiq gördüyün qullarından et. Bizi ürəyi hər an sənin zikrinlə dolub daşan, bu qədər qarışıqlıq içində belə bircə səninlə olan qullarından et. Bizi Qurana, Həbibinə yoldaş et. Ey Mucib! Bizləri səmaya açılan əlləri rəhmət damlaları ilə dolan qullarından et!
“Ey Məhəmməd də ki, duanız olmasa, Rəbbim sizə nə deyə dəyər versin!” (Furqan-77)

Mənbə:gencdergisi.com

Read Previous

Zəngin uşaqların mal-dövlətindən zəkat verilərmi?

Read Next

Sədəqə vermək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.