• 22 Dekabr 2024

Dünyanın ən uzun iftar süfrəsi rekordu qırıldı

enuzuniftarsufresiMisirin Aralıq dənizi sahilindəki İskəndəriyyə şəhərində dünyanıln ən uzun iftar süfrəsi rekordu qırılıb. 
Şəhərdə Aralıq dənizi sahili boyu açılan süfrənin uzunluğu 2.7 km olub. Bildirilir ki, 2 700 metr uzunluqda qurulan stollar Ginnesin rekordlar kitabına dünyanın ən uzun yemək süfrəsi kimi qeydiyyata düşüb.
Bu barədə açıqlama verin İskəndəriyyə meri Hani Mesiri çox sayda yeməkxana və restoranın ən uzun iftar süfrəsinin təşkilinə dəstək verdiyini bildirib. Mer həmçinin məqsədlərinin, turistlərin diqqətini bu şəhərə cəlb etmək olduğunu bildirib.
Məlumata görə, iftar süfrəsi kimi açılan rekord yoxlaması zamanı 7 500 nəfər yemək yeyib və təxminən 650 könüllü burda xidmət göstərib.
Süfrənin hazırlanmasında bir çox əcnəbi missiyaların tanınmış aşpazları da iştirak edib.
 Mənbə:

Read Previous

Oruc tutanlar öldürülür

Read Next

“Xoş gəldinRamazan” klipi izlənmə rekordu qırır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.