• 23 Dekabr 2024

Dünyanın bir günü Axirətin min ilindən daha xeyirlidir

Dünya qazanma yeri, axirət isə əvəzini alma yeridir. Axirətdə qazanmaq və ya itirmək yoxdur. Bu səbəblə dünyadakı zamanın dəyəri çox böyükdür.

Cüneyd Bağdadi həzrətləri belə buyurur:

Dünyanın bir günü axirətin min ilindən daha xeyirlidir. Çünki qazanc və itirmə bu dünyaya aiddir. Axirətdə artıq qurtuluşa qovuşduracaq bir şey etmə imkanı yoxdur.”

Rəvayət olunur ki, İlyas (ə.s) ölüm mələyini görüncə dəhşətlə ürpərmişdi. Əzrail (ə.s) bunun səbəbini maraqlanaraq:

“Ey Allahın Peyğəmbəri! Ölümdənmi qorxdun?” -deyə soruşdu.

İlyas (ə.s) cavab olaraq belə dedi:

“Xeyr! Ölümdən qorxduğum üçün deyil, dünya həyatına vida edəcəyim üçün bu haldayam… Dünyada Rəbbimə qulluq etməyə, yaxşılıqları əmr edib pisliklərdən uzaqlaşmağa çağırmağa cəhd göstərir, vaxtımı ibadət və saleh əməllərlə keçirirdim. Gözəl əxlaq üzrə yaşamağa çalışırdım. Bu hal mənim fərəh qaynağım olur, könlüm mənəvi feyzlərlə dolurdu. Öldüyümdə bu qazanc və ləzzətlərdən məhrum qalacağım və qiyamətə qədər məzarda girov olacağım üçün kədərlənirəm!”

“Ata- ananın övladlarını cəhənnəm odundan qoruması dünya atəşindən qorumasından daha mühümdür. Cəhənnəmdən qorumaq da imanı, fərzləri, haramları öyrətməklə, ibadətə alışdırmaqla və dinsiz, əxlaqsız yoldaşlardan qorumaqla mümükündür. Bütün pisliklərin başı pis yoldaşdır.” (Musa Əfəndi – quddisə sirruh-)

Read Previous

Din Qardaşına Dəstək Olmaq

Read Next

Riya