• 25 Noyabr 2024

Edam edilən qadının son istəyi açıqlandı

İranda edam cəzasına məhkum edilən 26 yaşlı Reyhan Cabbarinin son istəyi açıqlanıb.
61281245Cabbari anasına göndərdiyi mesajında son istəyini dilə gətirib. Gənc qadın, “Torpağın altında çürümək istəmirəm” ifadəsini işlədib. O, anasından səlahiyyətli şəxslərlə görüşərək orqanlarının ehtiyacı olan insanlara verilməsini istəyib. Cabbari, göndərdiyi məktubda bunları yazır: “Xahiş edirəm, məhkəməyə müraciət edərək səlahiyyətli şəxslərə son arzumu çatdırın, sonra ürəyimi, böyrəklərimi, gözlərimi və  sağlam olan bütün orqanlarımı ehtiyacı olanlara bağışlayın. Orqanlarımın verildiyi insanlardan nə bir buket gül, nə də dua gözləyirəm”.
Qeyd edək ki, Reyhan Cabbari, 2007-ci ildə ona təcavüz etməyə cəhd göstərən keçmiş kəşfiyyatçını öldürmüşdü. Öldürülən şəxsin ETTELAAT-ın keçmiş əməkdaşı olduğu üzə çıxandan sonra Reyhanəyə siyasi motivlərlə qətl törətmək ittihamı irəli sürülüb. Məhkəmə ona ölüm hökmü çıxarıb. İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani hökmü təsdiqləyərək icra şöbəsinə göndərib.
mənbə:

Read Previous

Həccə getmək üçün yaş məhdudiyyəti qoyula bilər

Read Next

DQİDK-nin sədri Şəki Mərkəzi Cümə Məscidində və Şəki İslam Mədrəsəsində olmuşdur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.