• 26 Dekabr 2024

Ədəb bir çərçivədir

Ərəb dili mənşəli “ədəb” sözü Azərbaycan dilində “hörmət, ehtiram, tərbiyə” mənasını ifadə edir. Terminologiya baxımından “ədəb” dini qaydalar əsasında insanda formalaşan ikinci xarakter və ya geniş mənada ruhun dinlə birləşərək sabat əldə etməsidir.

İnsanı digər məxluqatdan ayıran əsas amil ədəbdir. Odur ki insan Alahın dərgahında nəzkət, ədəb, zərafər və təqvası ilə dəyər qazanır. İslam dininin insana qazandırmaq istədiyi ən ali dərəcə məhz ədəb və əxlaqla əldə edilir. Qurani-Kərim insanın “əhsəni-təqvim” yəni ən gözəl şəkildə, kamil formada xəlq edildiyini bildirir. Bu dərəcəyə hər tərəfli mükəmməl olmaqla çatmaq mümkündür.

Ədəb haqq yolçularının ən dəyərli sərmyəsidir. İnsan həm dindar, həm də kodub və nəzakətsiz ola bilməz. Çünki İslam dininin özəyi əqidədə tövhid, əməldə ədəb, istiqamət və mərhəmətdir. Deməli, sözün əsl mənasında İslam dini gözəl ədəbdən ibarətdir.

Kamil olmaq istəyən insan həm fərdi ibadətlərinə, həm də ictimai incəliklərə riayət etməlidir. Bu mənada ədəb qaydaları çox önəmlidir. Fərdi və ictimai həyatda ədəbli olmaq, əxlaq timsalı olmaq İslam dininin nəzakət qaydalarına riayət etməklə, eyni zamanda əxlaqı Qurani-Kərimdən ibarət olan Hz.Peyğəmbərin (s.ə.s) yolu ilə getməklə mümkündür.

İstər dini, istər dünyavi məsələlərdə hər görüləcək işin özünəməxsus ədəbi, qaydası vardır. Belə ki ədəb çərçivəsinə sığdırılmadan görülən bir iş insanın bu və axirət həyatı üçün fayda verməz,əksinə zinaya salmış olar.

Mömin ədəbli,əxlaqlı,təqvalı şəxsdir. Bunun üçün də bunları dərk edərək riayət etmək hər bir möminin vəzifələrindəndir.

Read Previous

RAMAZAN – QURAN

Read Next

DÜNYA DÜZDÜRMÜ?