• 25 Dekabr 2024

Ermənilər sürətlə İslam dinini qəbul etməyə başlayıblar İctimai media üzərindən təşkilatlanmağa başlayan müsəlman ermənilər,islami qaynaqların Erməni dilinə tərcümə olunmasına ehtiyac duyurlar.

71201_ermeniler-islma-kosuyorErmənilər sürətlə İslam dinini qəbul etməyə başlayıblar.  İctimai media üzərindən təşkilatlanmağa başlayan müsəlman ermənilər,islami qaynaqların Erməni dilinə tərcümə olunmasına ehtiyac duyurlar.

Son illərdə Rusiya, Türkiyə, Çeçenistan, Gürcüstan, Suriya, İordaniya, Livan və hətta Ermənistanda yaşayan ermənilərin içərisindən belə İslam dininə keçənlərin sayının artdığı müşahidə edilmişdir. Müsəlman olan ermənilərlə yanaşı İranda da əhəmiyyətli nisbətdə erməni mənşəli şiə var.

Erməni dilində ilk qurani kərim yanvar eyında nəşr ediləcək

Ankarada fəaliyyət göstərən BMAR nəşriyyat Quranı Kərimi, türkiyənin məşhur alimlərindən Elmalılı Həmdi Yazarın hazırladığı tərcümədən erməni dilinə çevirəcək. 10 cild və 2500 səhifədən ibarət olan Erməni dilindəki qurani kərim 2014-cü ilin yanvar ayında çapa veriləcəkdir.

Qeyri müsəlman ermənilər isə bu vəziyyətdən çox narahatdır. İslamı qəbul etməyən ermənilər isə müsəlman olanları aşağılıyır və təhqir edirlər.

Ermənistan dövləti də, müsəlman olan ermənilərə qarşı, məsafəli duruşunu qoruyur. Fransada yaşayan məşhur erməni müğənni Charles Aznavour Ermənistan prezidenti ilə görüşdə, “Ermənistanın qapılarını İslam dinini seçən erməni diasporuna da açması lazım olduğu” istiqamətindəki tələbinə hələlik bir cavab belə verilməmişdir. Aznavour, tələbinin üzərindən 3 il keçdiyini, ancaq bu mövzu ilə əlaqədar bir cavab ala bilmədiyini açıqlamışdı.

Mənbə:

dinihaberler.com

Read Previous

Hicablı polislər üçün xüsusi uniforma

Read Next

Məscidin həyətinə qoyulan bank terminalı ixtilafa səbəb oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.