• 08 Oktyabr 2024

Evlərimizdə əvvəlcə gözəl niyyət olmalıdır

evlilikNiyyət, görülən işin rəngidir. Bir işə hansı niyyət ilə başlasaq, o qapılar bizə açılar. Evlilikdə də bu belədir.
Evlilik, haramdan uzaqlaşmaq üçün bizlərə verilən bir öyüd-nəsihətdir. Peyğəmbər Əfəndimiz (səllallahu əleyhi və səlləm) evliliyin bu istiqamətdəki yönünü belə ifadə buyurur:
“Ey Gənclər, evlənin! Çünki evlənmək, sizi harama göz dikməktən saxlayar. Vəziyyəti evlənməyə uyğun olmayan, oruc tutsun. Çünki oruc, onlar üçün qalxandır. Onların önünü kəsər və zinadan qoruyar.”(Buxari, Nikah, 3; Əbu Davud, Nikah, 1)
Evlilik bağı, insanı əvvəlcə təklikdən qurtaran və insanı güclü hala gətirən bir bağdır. İnsan, ictimaiyyətlə əlaqə saxlaya bilən bir varlıqdır. Uzun müddət “təklik və tək başına qalma istəyi” depressiya kimi ruhi xəstəliklərin xəbərçisidir. Böyüklərimiz, “İnsan, insanın zəhərinə tab gətirər.” Deyərək bu həqiqətə işarə etmişlər.
İnsan paylaşdıqca, başqa dünyalara toxunduqca zənginləşir. Evlilik də insanlara paylaşmağı öyrədir. İnsan əvvəlcə ancaq özünə ayırdığı ürəyini paylaşmağa başlayır. Sonra duyğularını, düşüncələrini, xəyallarını paylaşır. Ardından eyni məkanı, içindəki hər şeylə birlikdə bir evi və böyük bir həyatı paylaşırlar. Evlər, evliliyin ilmə ilmə toxunduğu, paylaşmanın zirvəyə çatdığı məkanlardır.
Evlilik ilə birlikdə əvvəllər “mən” olan insanın, “biz” olma macərası başlayır. İnsan, cəmiyyətlə qaynaşır, fərd olmaqdan çıxaraq cəmiyyətdə rol almağa başlayır. Həzrəti Xədicə (ra)-nın Peyğəmbər Əfəndimiz (səv)-in ən çətin zamanlarında çətinliyini paylaşması, Onun yükünü yüngülləşdirməsi, səbir, dəstək, təşviq və təsəlləri nə qədər mənalıdır. Bu mənada yoldaşlar, bir-birlərinin qoruyucusu, dəstəkçisi kimidir. Kim yorularsa, digərinə söykənərək istirahət edər. Kim yıxılarsa, digərinə tutub qalxar. Bu çətin və məəşəqqət dolu həyat səfərində, insanın çatışmayan yönlərini tamamlayan, başı dərdə düşəndə dərdinə şərik olan həyat yoldaşıdır.
Ər-arvad varlı zamanlarda xoşbəxliklərini paylaşdıqları kimi, yoxluq və dərd zamanında da səbri paylaşabilməlidirlər. Ancaq o zaman həyat müştərək olur, könüllər birləşir, ürəklər qaynaşır. Ər-arvad, bir-birinin ən səmimi dostu, ən vəfalı yoldaşı, ən məhrəm sırdaşıdır. Bu səviyyədə bir-birinə bağlanan evli cütlükləri heç bir çətinlik bezdirməz, heç bir zəlzələ sarsa bilməz. Həyat belə paylaşılınca, günün gətirdiyi yorğunluq və dərdlər, qapı eşiyindən içəri girə bilməz.
Qadın və kişi, Allahın fərqli yaratdığı iki cinsdir. Bir-birinin eyni deyildirlər. Oxşar olmamaları gözəldir. Oxşar olmadıqlarına görə bir-birini tamamlayarlar. Hər birinin hissləri, yaşayışları, duruş və oluşları fərqlidir. Üzdə insan olma yönlərini cinsiyyətləri fərqliləşdirir. Kişi-qadın fərqi, rəqabət ediləcək bir yön deyildir. Bu fərq, yox edilməsi lazım olan bir xüsusiyyət deyil, əksinə qəbul edilib davam etdirilməsi lazım olan bir gözəllikdir. Kişi-qadın fərqi, həyatın rəngi və bərəkətidir. Kişi, güc və qoruma yönüylə, qadın nəzakət, lətafət yönüylə bir-birini tamamlayırlar.
Sədaqətə, ancaq yataq otağı ilə sərhəd qoyulmamalıdır. Yoldaşların romantik əlaqəsinə maneə törədən hər cür həyat forması, bir-birinə bağlılığa təsir edirsə, sədaqətsizlik söz mövzusu ola bilər. Televiziya, internet, ictimai danışıqlar yoldaşların bir-birinə olan zamanına, marağına zərər verirsə təcili olaraq müdaxilə edilməli və vəziyyəti yaxşılaşdırmaq üçün səy göstərilməlidir.
Cəmiyyətimizdə yoldaşının üzündən daha çox, kompüter və televiziya ekranına baxan cütlüklər artdıqca, ailə içi görüş və paylaşmalar azalmaqdadır. İnsanlar, virtual aləmdə gördükləri ilə yoldaşlarını və ailə həyatlarını müqayisə etməyə başlayarlar. Bu şəkildə gerçək həyatla bağı qopan ailələrin isə, can damarı kəsilmiş deməkdir.
Unudulmamalıdır ki, hər evlilik, yeganə və xüsusidir. Başqasıyla müqayisə edilməyə başlanan evliliklər, cütlükləri bir-birindən uzaqlaşdırır və ailəni məhv olmağa doğru sürükləyir. Buna görə də yoldaşımızla vaxt keçirməyə çalışaq, evliliyimizin və evimizin uzunömürlülüyü üçün səy göstərək. Vaxtı-vaxtında qulluq edilməyən tarlalarda yabanı otlarının bitməsi normaldır.

Mənbə:islamveihsan.com

Read Previous

Bütün Amerika bu kitabı oxuyur

Read Next

Qonşu haqqı xüsusunda nələrə diqqət etməliyik?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.