• 23 Dekabr 2024

EVLİLİYİN MƏQSƏDİ

Couple holding handsNə istədiyini bilmək, bütün hərəkətlərini məqsədli şəkildə həyata keçirmək insan üçün çox vacibdir. Məqsədi olanın yanılma payı minimumdur. Ən bəsit işləri belə müəyyən bir məqsəd uğrunda yerinə yetirən insan, əlbəttə, evlilik kimi olduqca əhəmiyyətli bir məsələdə də həm məqsəd daşıyacaq, həm də bu məqsəd ülvi olacaq.

Ailə həyatı qurmağın bir neçə fərqli səbəbinə rast gəlirik müasir dünyamızda:

1. Yaş gəlib-çatdığı üçün evlənmək.

2. Ata-ananı, qohum-əqrəbanı razı salmaq üçün evlənmək.

3. Onsuz yaşaya bilmədiyi/bilməyəcəyi üçün evlənmək.

4. Təbii olaraq, hamı evləndiyi üçün evlənmək.

5. Ağıllanmaq üçün evlənmək, yaxud evləndirilmək.

6. Övladı olmasını çox istədiyi üçün evlənmək.

7. Artıq tək yaşaya bilmədiyi üçün evlənmək.

Maddələri uzatmaq olar. Ancaq biz bu bir neçə maddə üzərində fikirlərimizi ifadə etməyə çalışacağıq.

Yuxarıdakı maddələri tək-tək oxudunuz. Bir də bütün halında oxuyun. Tək-tək oxuduqda bunu düşünürəm: Evlilikdə məqsəd bu qədər cılız, bu qədər sadə ola bilməz. Bunların hamısını birləşdirdikdə isə ortaya başqa bir maddə çıxır:

8. Həyat yoldaşı ilə xoşbəxt olmaq, xeyirli övladlar yetişdirmək üçün evlənmək.

Məqsəd nə qədər ali olarsa, həyat da bir o qədər mənalı və hüzurlu olar.

Yuxarıdakı maddələrin biri ilə bağlı bir ailənin fikirlərini eynilə buraya alıram:

“Biz xoşbəxt bir ailə idik. 1 oğlum, 4 qızım var. Qızlarımın hamısı ağıllıdır. Amma oğlum… Əslində o da

ağıllı-başlı oğlan idi. İndi universitetdə oxuyur. 21 yaşı var. İpə-sapa yatmır. Dost mühiti yaxşı deyil. Çox pul xərcləyir. Başımıza oyun açır. Pul verməyəndə evdə sındırmadığı qab-qacaq qalmır. İndi düşünürük ki, evləndirsək, bəlkə bu hərəkətlərinə son qoyar”.

Birincisi, gənc yaşlarda bu cür çılğınlıqlar, ifratlar, böyüklərə qarşı hörmətsizliklər bəzən təbii sayılmalıdır. İkincisi, ağıllansın deyə insanlar evlənməz; ağıllanmış insanlar evlənər. Üçüncüsü, valideynin sözlərindəki “bəlkə” – bir tərəddüd ifadəsidir. Gəncin düzələcəyinə, haqlı olaraq, özləri də tam inanmırlar. Elə isə, öz övladı ilə bərabər, başqa birisini də ömür boyu bədbəxtliyə düçar etmək hansı valideynin, hansı insanın haqqı ola bilər?

Evliliyin qayəsi həm də ona görə ülvi olmalıdır ki, çıxacaq ən xırda problemlərdə boşanmaq yeganə və ya ən rahat çıxış yolu olaraq görülməsin.

Yazımızı bir alimin mövzu ilə əlaqəli dəyərli fikri ilə bitiririk: “Hədəfi və qayəsi olmayan izdivaclar, niyyətsiz əməllər kimi bərəkətsizdir”.

MƏNBƏ:

XEZERXEBER.COM

Read Previous

BÜDCƏ KASIBLIĞI AİLƏDƏ SEVGİ KASIBLIĞINA ÇEVRİLMƏMƏLİDİR

Read Next

QADINLAR QAŞLARINI ALA BİLƏRMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.