• 22 Dekabr 2024

fərqində olmadan işlənən günah

Bir çox insanın fərqində olmadan işlədikləri mühüm xətalardan biri də “İbadullahı Təhqir” yəni Allahın qullarını kiçik görərək xəfifə almaqdır. Allah heç bir qulunun təhqir edilməsinə razı olmaz və bunu böyük günahlar arasında zikredər.
Bəhs olunan bu halın nəticəsi olan qiybət, qiybət edilən kimsəni alçaldıb, qiybət edənə təkəbbür, yəni, özünü bəyənmə halı verir. Beləliklə o insan, nəfsinin kibir və arzulara uyaraq öz nəfsini tətmin edir. Bu isə cəzası qiyamətə qalan bir qul haqqı meydana gətirir. Uca Allah heç bir qulunun təhqir olunmasına rıza göstərməz və bu əməli böyük günahlar arasında sayaraq belə buyurur: “Hər bir qeybət edənin, tənə vuranın vay halına!” (Hüməzə 1) Daha sonrakı ayələrdə isə bu bədbaxtların, atəşi ta ki ürəklərinə qədər nüfuz edən “Hütəmə”yə yəni cəhənnəmə atılacaqları ilə təhdid edir. Mərhəmətli olan uca Allah qullarına qarşı Həlim və Gafur sifətləri ilə müamələ edir, edilən günahların qarşılığını yerindəcə vermir. Onları müəyyən vaxtadək təxir edir. Günahkar qul isə bu həqiqətdən qafildir.Ayəti-kərimə bu həqiqəti belə bəyan edir: Əgər Allah insanları etdikləri günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir). Şübhəsiz ki, Allah Öz qullarını görür. (Fatir 45) Belə bir mənəvi xəstəliyə tutulan talehsiz kimsələr günahlarını dərk etməməklə birlikdə etdikləri işlərin yaxşı bir iş olduğunu, axirətdə onlara fayda verəcəyini zənnedirlər. Halbuki Uca Allah əməllərini qəflətlə bu şəkildə ifa edən şəxslərin qorxunç aqibətlərini belə xəbər verməktədir. “De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.” (Kəhf 103-104)
Bu baxımdan möminlər etdikləri əməlləri ixlasla etməklə birlikdə bu əməllərin boşa çıxmasından çox qorxarlar və işlədikləri ən balaca xətaları gözlərində böyüdərlər. Qafillər isə bunun əksinə, qazandıqları günahlar nə qədər böyük olursa olsun onu əhəmiyyətsiz görərlər.
“Mömin günahını, altında oturduğu və sanki hər an üzərinə düşmə təhlükəsi olan bir dağ kimi görür. Bu böyük dağ üzərimə düşərmi? Deyə qorxar. Facir (Günahkar) isə günahını burnunun üstündən keçən bir milçək kimi görər”. İbni Məsud (ra) bunu söylədiktən sonra əliylə, bax belə deyərək burnunda milçək qovar kimi etmişdir. (Buxari Deavet, 4; Müslim, Tövbə, 3, 2744)
Hz. Peyğəmbər bir dəfəsində Aişə Anamıza belə buyurmuşdur: “Ey Aişə ! Əhəmiyyət vermədiyin ən kiçik günahlardan belə çəkin! Çünki Allah qatında onları təqib edib qeydedən mələklər vardır” (İbn-i Macə, Zühd, 29; Darimi, Rikak, 17)

mənbə:islamveihsan.com

Read Previous

Dekabr 2018

Read Next

Duası qəbul olanlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.