• 24 Dekabr 2024

Gənc qızlara nəsihətlər

annekizVaxtilə Milhamın xanımı Ümamə Xatun, qızı gəlin köçəcəyi gün, onu qarşına oturtmuş və əsrlərdir təzəliyini, qiymətini mühafizə edən bu nəsihətləri etmişdi.
“Yavrum! Vəsiyyət və nəsihət, bir kimsəni xeyirə sövq etmək üçündür.
Sevgili qızım! İçində büyüyüb boya başa çatdığın bir yuvadan çıxıb heç bilmədiyin, tanımadığın bir evə girəcəksən. İndiyə qədər görüşüb danışmadığın, xasiyyətini bilmədiyin birinə həyat yoldaşı olacaqsan. Sən onun xidmətçisi ol ki, o da sənə xidmətçi olsun.
Yavrum, indi sənə bəzi nəsihətlər edəcəyəm. Onları yaxşıca öyrənib o şəkildə hərəkət etsən, həyatın boyu rahat olarsan. Ərinlə aranız heç bir zaman pozulmaz. Bu dünyada xoşbəxt bir ömür keçirdiyin kimi, axirətdə də əbədi səadətə çatarsan.

1.Qənaətkar ol! Ərin tərəfindən gətirilən ərzaq, və ya paltarları məmnuniyyətlə qəbul et. Çünki qənaət, ürəyi hüzura qovuşdurur.

2.Deyilənləri daim yaxşı dinlə və (Allahın əmrinə üsyan olmadığı müddətcə) hər zaman itaətkar ol. Ərinə etiraz etmə. Onunla gözəl ünsiyyət qurmağa səy göstər. Beləcə Uca Allahın rizasını qazanmağa da müvəffəq olarsan.

3.Ərinin görəbiləcəyi hər yerə etina və qayğı göstər. Gözünə çirkin bir şeyin ilişməsinə əsla izin vermə.

4.Pis bir iy yayılma ehtimalı olan şeylərə, yerlərə diqqət et. Evin hər zaman gözəl qoxularla dolu olsun.

5.Bunu yaxşı bil ki, təmizlik və lətafət, su ilə mümkündür. Hər şey su ilə pak olur. Hər cür təmizliyə diqqət et.

6.Ərinin yemək və yuxu saatlarına diqqət et. Yeməyini, saat neçədə yeməyə adət edibsə ona görə hazırla. Vaxtında yatması üçün işlərini vaxtında bitir. Çünki aclıq insanı səbirsizləndirir, yuxusuzluq isə, hirslənməyə səbəb olur.

7.Evinin mallarını və əşyasını yaxşı qoru. Mal və əşyanı qorumağın, sənin yaxşı iş bildiyini göstərir.

8.Ərinin yaxınlarına gözəl rəftar et. Bu sənin yaxşı bir idarəçi olduğunu göstərir.

9.Ərinin sirlərini heç kimə demə. Əgər sirlərini ətrafa yayacaq olursan, səndən soyuyar. Onun sənə vəfasızlıq etməyəcəyindən belə əmin ola bilməzsən.

10.Ərinə hörmət et, əmrlərini yerinə yetir. Sözlərinin əksini söyləyərək, ona qarşı gəlmə. Əgər qarşı gələr, üsyan edərsən hirslənməsinə səbəb olarsan. Ərinin üzüntülü və kədərli vaxtlarında şən görünmə. Kədərini onunla paylaş. O şən isə, sən də şən görünməyə çalış.
Qısacası, qızım, ərinə nə qədər hörmət və təzim etsən, özünü o qədər sevdirərsən. Rəbbinin rizasını qazanarsan.”
Ümamə Xatunun öz təcrübələrindən istifadəylə qızına söylədiyi bu nəsihətlər, bütün gənclərin qulaqlarına sırğa olmalıdır. Hüzurlu, səadətli, ibadətli, xidmətli bir ömür keçirmək duasıyla!

Mənbə:islamveihsan.com

Read Previous

Dostun şeytanın dostu oldu

Read Next

Bu gediş haraya?.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.