• 22 Dekabr 2024

Gecələr pivə satışı qadağan edildi

pivə-01[1]

Putin, alkoqolizmin ən böyük problemləri olduğunu bildirdi və gecələr pivə satışını qadağan etdi.

1 yanvardan etibarən Rusiyada spirtli pivələrin gecə boyu satışı qadağan edildi. Bufet, market və ya başqa yerlərdə gecə saat 23.00-la 08.00 arasında pivə satılamayacaq. Lakin bu qadağa restoran və klublarda göstərilən xidmətlərə aid deyildir.

“Alkoqolizm Rusiyanın ən böyük problemidir”

Rusiyada 1 iyul 2012-ci ildə spirt dərəcəsi 5%-dən çox pivələrın satışı qadağan olunmuşdu. Yeni qanuna əsasən spirt dərəcəsindən asılı olmayaraq bütün pivələrin satışı qadağan edilir. Rusiya Prezidenti Vladimir Putin, alkoqolizmin Rusiyanın ən böyük problemi olduğunu, məsələ ilə bağlı milli səviyyədə mübarizə aparılacağını bildirdi.

Qiymətlər dayanmadan artır…

Ümumdünya Sağlamlıq Təşkilatının verdiyi məlumata əsasən Rusiyada vəfat edən kişilərin beşdə birinin, qadınların isə altıda birinin ölüm səbəbi spirtli içki vərdişidir. Rusiya pivə qiymətlərini dayanmadan artırır. 2012-ci ildə pivə qiymətləri təxminən 20% artdı.

2011-ci ildə Maliyyə Nazirliyinin verdiyi qərar çərçivəsində, 2013-cü ildə pivə qiymətləri 25%, 2014-cü ildə isə 20% artacaqdır. Rusiya ucuz olan vodka istehsalını qadağan edir, spirtli içkilərin mətbuat və internetdə reklam olunmasına icazə vermir.

 

 

/din.az/

Read Previous

Əhmədi Necad: “Zorla şəriət olmaz”

Read Next

İslam dinilə ən gec tanış olan ölkə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.