Bir kitab düşünün ki, elmin ancaq 100 il əvvəl kəşfettiyi bir həqiqəti, bundan 1400 il əvvəl xəbər verir. Və bir insan düşünün ki , elm adamlarının yaxın tarixdə kəşfedəbildiyi i bir həqiqəti, yenə tam 1400 il əvvəl bildirir. Görəsən, bu kitabın ilahi bir kitab və bu şəxsin fövqəladə bir şəxs olduğu haqqında heç şübhə edilir mi?
Qurani-Kərim tam 1400 il əvvəl kainatın genişlənməsindən xəbər verməktədir. Zariyat surəsinin 47. ayəy-i kəriməsində belə buyurulur: ” Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik
20-ci Əsrin başlarına qədər elm dünyasında hakim olan tək bir anlayış var idi. Bu anlayış, kainatın sabit bir quruluşa sahib olduğu və sonsuzdan bəri eyni şəkliylə davam etdiyi anlayışı idi . 20-ci əsrə qədər heç bir elm adamı kainatın genişlənməsindən bəhsetməmiş, bəlkə bunu xəyal belə etməmişdi.
Rus fizikçisi Aleksandr Friedmann və Belçikalı Astronom Georges Lemaitre 20-ci əsrin başlarında, kainatın davamlı şəkildə hərəkət halında olduğunu və genişləndiyini nəzəri olaraq hesabladılar. Bu gerçək, 1929-ci ildə müşahidələrlə də isbat edildi. Amerikalı astronom Edwin Habl istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən, ulduzların və qalaktikaların davamlı olaraq bir-birlərindən uzaqlaşdıqlarını kəşf etdi. Ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birlərindən də uzaqlaşırdılar. Kainatın genişlənməkdə olduğu, irəliləyən illərdə aparılan müşahidələrlə də qətilik qazandı. Hər şeyin davamlı olaraq bir-birindən uzaqlaşdığı bir kainat isə, “davamlı genişlənən” bir kainat mənasına gəlməkdədir.
Kainatın genişlənməsini daha yaxşı anlaya bilmək üçün belə düşünə bilərsiniz: Kainatı, şişirilən bir şarın səthi kimi düşünün. Şarın səthindəki nöqtələrin şar şişdikcə bir-birlərindən uzaqlaşmaları kimi kainatdakı cisimlər də kainat genişləndikcə bir-birlərindən uzaqlaşmaqdadırlar.
Bu elmi həqiqət hələ heç bir insan tərəfindən bilinmədiyi və insanlar Günəşi bir alma böyüklüyündə zənn edərkən, Quran əsrlər əvvəl bu həqiqəti bildirmiş və kainatın genişlənməkdə olduğunu açıqca bəyan etmişdir.
Bu isə Quranın Allahın kəlamı olduğunu çox parlaq bir şəkildə isbat etməkdədir. Çünki 20-ci əsrdə ancaq kəşfedilən elmi bir həqiqətin, bundan 14 əsr əvvəl bir kitabda yazması və bu həqiqətin bir bəşər tərəfindən xəbər verilməsi ancaq bu iki şeydən biri ilə mümkündür:
1- Ya bir bəşər bu elmi gerçəyi tək başına kəşf etmişdir.
2- Ya da bu xəbər, kainatı yaradan və onu genişlədən Allahın xəbəridir. Bu xəbərin yazıldığı kitab Allahın kitabıdır. Və bu kitabı təbliğ edən Şəxs də Onun rəsuludur.
Başqa bir variant yoxdur və birinci variantı qəbul etmək mümkün deyil. Çünki on dörd əsr əvvəl, teleskopun adının belə bilinmədiyi bir dövrdə, son dərəcə inkişaf etmiş nəhəng teleskoplarla ancaq kəşfedilə bilən bir həqiqəti bir bəşərin öz-özünə kəşf etməsi mümkün deyil. Hətta bu səbəbdən ötəridir ki, dünya tarixinin ən böyük dühaları, müşahidələri və elmi fəaliyyətləriylə, genişlənən kainat modelini çəkə bilməmişlər, hətta bunu ağıllarının ucundan belə keçirtməmişdirlər.
O zaman bu xəbər, on dörd əsr əvvəl, texnologiyanın olmadığı bir dövrdə, çöldə yaşayan və oxuma yazma bilməyən bir İnsanın öz sözü ola bilməz. Bu xəbərin yazıldığı kitab da ona aid bir kitab ola bilməz.
O halda geriyə tək bir variant qalır, o da 2-ci variantı qəbul etməkdir. Yəni bu xəbər, kainatı yaradan, onu genişlədən və bu möcüzəvi xəbəri elçisi Hz. Məhəmməd (səv) ilə insanlara xəbər verən Allahın xəbəridir. Və bu xəbərin verildiyi kitab da Onun kitabı Qurandır.
Mənbə:ilmedavet.com