• 03 Oktyabr 2024

GÜRCÜSTAN MÜSƏLMANLARININ MİNARƏ ZƏFƏRİ

minarəAkit qəzetinin müxbiri Sinan Yavuzoğlunun xəbərinə görə, Gürcüstanın cənub-qərbindəki Samtshe-Cavaheti bölgəsinə bağlı Adigeni Bələdiyyəsinin tabeliyində olan Çela kənd məscidinin minarəsinin səlahiyyətlilər tərəfindən zorla sökülərək aparılması hadisəsində yeni irəliləyişlər oldu.

Gürcü səlahiyyətlilər, Gürcüstan müsəlmanlarının böyük reaksiya göstərdiyi bu hadisədə geri addım atmaq məcburiyyətində qaldılar. Polad xammaldan emal edilmiş minarə kəndə gətirilərək yenidən əvvəlki minarənin yerinə qoyuldu.

Ancaq bu dəfə də başqa bir xoşagəlməz hadisə yaşandı. Bölgəyə gələn keşişlər liderliyindəki bir sıra xristian din adamları təhrif olunmuş İncil oxuyaraq minarənin qoyulmasına etiraz etdilər. Keşişlər reaksiyalarına bir sıra mərasimlərlə davam edərkən polis də hadisə yerinə gələrək kənd xalqı və keşişlər arasında hadisə çıxmaması üçün tədbirlər aldı. Beləcə, son illərdə nə qədər “dinlər arası xoş münasibət” insanlara təlqin edilsə də, müsəlman olmayanların müsəlmanlara yönəlmiş kinləri bir dəfə daha açıqca görülmüş oldu.

Minarənin yerinə qoyulması ərəfəsində Gürcüstan müsəlmanlarının reaksiyaları və Hayrat Vəqfi Artvin nümayəndəsi Musab Gürsel Dəmirin əhəmiyyətli səyləri təsirli olarkən, minarənin sökülməsinə mane olmağa çalışan müsəlmanlar haqqında açılan iddia da beraətla nəticələndi.

MƏNBƏ:

dinihaberler.com

Read Previous

Daha bir ölkə şəriət qanunları ilə idarə ediləcək

Read Next

Namazın Əhəmiyyəti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.