• 26 Dekabr 2024

HƏCC ZİYARƏTİNƏ GETMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

KABEQafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Azərbaycan gedəcək zəvvarların Həccə səfəri sentyabrın 23-dən başlayacaq.

İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-i Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban Bayramından 5 gün sonraya –  təxminən oktyabrın 10-dan etibarən nəzərdə tutulur.

Bu il Azərbaycanda Qurban Bayramı oktyabrın 4-5-də qeyd olunacaq.

Qeyd edək ki, Azərbaycanda fevralın 13-dən etibarən bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Azərbaycanlı zəvvarların uçuşlarını ASAS (Advance Spesial Aviation Service) avia şirkəti həyata keçirəcək.

Sənədlər Həcc ziyarətini təşkil edən yeganə qurum olan QMİ-nin Həcc şöbəsində qəbul olunur. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3×4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir.

mənbə:

xezerxeber.com

Read Previous

MEYMUNDAN İNSANOĞLUNA ÇOX BÖYÜK BİR PAYLAŞMA DƏRSİ

Read Next

Xəstə ziyarəti (görüntülü xütbə)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.