• 30 Dekabr 2024

Həqiqi şükür necə olmalıdır?

allaha_sukretmek2-1-702x336Hər nemət bir qarşılıq istər. Qarşılığı ödənilməyən hər hansı bir şeyə sahiblik iddia etmək, əbəs işdir.
Gözəl əxlaqın özəyi, heç şübhəsiz ki Həzrəti Peyğəmbər (səllallahu əleyhi və səlləm)-ə və Onun izindən gedən saleh bəndələrə dost olmaqdan keçir. Fəzilətlər halqasına sarılmanın ilk şərti budur. Lakin bunun əksi olaraq onlarla dostluğu itirərək qəflətin girdabında məhv olmaq isə pis əxlaqın bariz göstəricisidir.
Saleh və salehə bir mömin, ruhundan aləmə rəhmət saçan, mərhəmətdə zirvələşən, əffedəbilmənin həzzini duyan, çilə və izdirablara səbir gücü ilə qalib gələn və daim Allahu təalaya şükür duyğuları içərisində olan zərif bir şəxsiyyətdir.
Şükür, möminə lütf edilən nemətlərə və yaxşılıqlara qarşı sevinərək, onları lütf edən Rəbbinə müxtəlif söz və davranışlarla xalisanə bir şəkildə qulluq etməsidir. Yəni şükür, nemətin həqiqi sahibini bilməkdir.
“İman iki qisimdir. Yarısı səbirdə, yarısı şükürdədir. “(Beyhəqi, Şuabul-İman, VII, s. 127)
Həzrəti Ömər (radiyallahu anh) şükür və səbrin bir-birinə olan üstünlüyü haqqında belə buyurur:
“Şükürlə səbir bir minik heyvanı olsaydılar, hansına daha əvvəl minəcəyimi bilməzdim.”
Hədisi-şərifdə şükür və səbir əhli belə vəsf edilir:
“Dindarlıqda özündən üstün olana baxıb tabe olmaq, dünyalıkta isə özündən aşağıda olana baxıb, Allahın sənə verdiyi üstünlüyə həmd etmək lazımdır. Belə edənləri Allah, şükür və səbir edən olaraq yazar. Kim də dindarlıqda özündən aşağıda olana, dünyalıkta isə özündən üstün olana baxar və əldə edə bilmədiyinə üzülərsə, Allah onu şükür və səbir əhli olaraq yazmaz. “(Tirmizi, Qiyamət, 58)
Məqbul bir şükür, yalnız sözlə ifadə edilən şükür deyildir. Həqiqi bir şükür, bir-birinə bağlı üç ünsürdən ibarətdir. bunlar, elm, davranış və əməldir.
-Elm, bütün nemətlərin Haqdan gəldiyini bilməkdir.
-Davranış, nemətlərin həqiqi sahibinə qarşı təzim, hörmət və məhəbbət bəsləməkdir.
-Əməl isə, bu duyğuların tələb etdiyi minval üzrə yaşayıb şükrü, davranışlarımızla ifadə etmək, nemətləri Haqqın razılığına uyğun olaraq istifadə edib Ona üsyandan çəkinməkdir.
“Şükür, yalnız sözlə, «Ya Rəbbi Sənə şükürlər olsun!» Demək deyildir. Əksinə, Allahın ona lütf etdiyi nemətlərin hamısını yaradılış məqsədinə uyğun olaraq istifadə etməkdir. Şükrün ən məqbulu isə yayğın olan, yəni din qardaşlarına fayda verən (ictimai) ibadətlərdən (və xidmətlərdən) ibarətdir. “
Cənabı Haqqa həmd, şükür, zikr, riza və dua halı, həyatın şərtləri dəyişsə də möminin dəyişməz bir xüsusiyyəti olmalıdır.
Şükür, ərköyünlüyə, ifrata qarşı gəlmək və bu səbəbdən də nemətin əldən gedişinə mane olma səyidir. Necə ki, Allahu təalanın şükür haqqındakı vədi belədir:
“Şükredərsəniz (əlbəttə sizə olan) nemətimi artıraram.” (İbrahim, 7)
İnsan olaraq ən böyük vəzifəmiz, Rəbbimizə olan şükür borcumuzu ödəməyə çalışmaq. Yoxdan var edilmiş olmağımız belə şükür etməkdən aciz qalınacaq bir nemətdir. Belə olduğu halda, varlıqlar içində insan, insanlar içində əhli iman, 124 min peyğəmbər içində Həzrəti Məhəmməd Mustafa (səllallahu əleyhi və səlləm) əfəndimizə ümmət olmaq, nə böyük bir lütüfdur.
Yalnız bu nemətlər üçün belə Rəbbimizə şükür səcdəsinə qapanıb bir ömür boyu başımızı qaldırmasaq, yenə də az, yenə də nöqsan, yenə də “heç” hökmündədir…

Mənbə:islamveihsan.com

Read Previous

Cənnətə aparan əməllər

Read Next

Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu ləngiyir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.