• 26 Dekabr 2024

HALAL-HARAMA QARŞI MÜBARİZƏ NƏHAYƏT BAŞLADI

images34Aprelin 1-dən etibarən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağandır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının APA-ya verdiyi məlumata görə, standarta əsasən “halal məhsul”ların sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə  Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) sifarişlə müraciət etməlidir.

F.Talıblı bildirib ki, Azərbaycanda nə qədər ət məhsulları istehsal edən şirkət varsa, indiyə qədər “halal” kəlməsindən istifadə edib. Ancaq ötən müddət ərzində cəmi 9 şirkət  AzSert-ə halal sertifikatı almaq üçün müraciət edib: “Müraciətlərin sayının az olması göstərir ki, bazara “halal” adı altında çıxan məhsulların sayı az olacaq. Əsas məqsədimiz istehlakçıların aldadılmasının qarşısını almaq, istehlakçı hüquqlarını qorumaqdır. İllərdir ki, formalaşan dini, mənəvi keyfiyyətlərə əsaslanan istehlak mədəniyyətindən sui-istifadə hallarının qarşısı alınmalıdır. Vahid halal standartına əsasən Azərbaycanda halal standartının tətbiqi qanunvericiliyin tələbidir və bu tələb yerinə yetirilməlidir. Şirkətlərin müraciətləri əsasında standartın tələblərinin müəssisələrdə icra vəziyyəti araşdırılır. Araşdırmalar yüksək səviyyədə aparılır, hətta bizim mütəxəssislərimiz həmin müəssisələrin məhsul istehsalı üçün xammal aldıqları Hindistana, Almaniyaya və digər ölkələrə ezam olunub və ətin kəsilməsi qaydası ilə tanış olublar. Hətta çəkilişlər də edilib və bu çəkilişlər mətbuata da təqdim olunacaq. Məsələn, insanların bir qismi Hindistanda ətin halal kəsim qaydasına riayət edilmədiyini iddia edilirdi. Ancaq sertifikatlaşdırma orqanının əməkdaşları o ölkələrə getdilər, baxış keçirdilər və baxışın nəticələri də hər şeyi özündə ehtiva edir”.

F.Talıblı sabahdan başlayaraq AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin “halal” markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcəyini söyləyib. Əsassız olaraq “halal” adı altında satışa məhsullar çıxaran müəssisələrin məhsulları satışdan yığışdırılacaq: “Araşdırmalar əsasında müraciət edən 9 şirkətdən hansılar barədə müsbət qərar veriləcəksə, həmin şirkətlər halal sertifikatı alacaqlar. Sertifikat almayanlar məhsullarının üzərindən “halal” kəlməsini yığışdırmalıdırlar. Halal sertifikat alacaq müəssisələrin adları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Dövlət Nəzarəti Xidməti tərəfindən yoxlamalar sabahdan başlanacağı üçün halal sertifikatı verilməsi üçün haqlarında ilkin müsbət rəy olan müəssisələrin məhsulları satışdan çıxarılmayacaq. Ancaq elə müəssisələr var ki, həmin müəssisələrdə halal məhsul istehsalı üçün şərait yoxdur, onlara sertifikat verilməyəcəyi qəti bilinir. Bu müəssisələrin məhsulları sabahdan satışdan çıxarılacaq”.

mənbə:

xezerxeber.com

Read Previous

1 APREL GÜNÜNÜN MƏNASINI BİLİRSİNİZMİ???

Read Next

İSLAM VƏ ELM (GÖRÜNTÜLÜ XÜTBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.