• 27 Dekabr 2024

Hansı Şeylər Orucu Pozub Yalnız Qəzanı Tələb edir?

images34Səfər, xəstəlik, irəli dərəcədə yaşlılıq kimi qanuni bir bəhanəyə dayanan pozulan orucun, yalnız qəza edilməsi lazımdır. Ayrıca, qəsd olmadan yemək-içmək; bəslənmə məqsədi və mənasını daşımayan, yeyilib içilməsi halal olmayan və ya insan təbiətinin meyl etmədiyi şeylərin yeyilib içilməsi orucu pozar və yalnız qəzasını tələb edir.

Ramazanda bir bəhanə olmadan tutulmayan oruclar, gününə gün qəza edilər. Ancaq Peyğəmbər Əfəndimiz (s.ə.v.), Ramazan ayında qaçırılan bir gün orucun savabına yetişmək üçün adamın bir il boyunca oruc tutsa yenə də bu savaba nail ola bilməyəcəyini söyləmişdir. Bunun üçün Ramazan ayında üzrsüz olaraq orucu tərk etmək, böyük bir günah olduğu kimi, həm Ramazan ayına hörmətsizlik həm də bütün Müsəlmanlara qarşı bir hörmətsizlikdir.

Bəhanəsiz olaraq Ramazan orucunu tutmamaq böyük günah olub ayrıca bundan ötəri tövbə və istiğfarda olmaq lazımdır. Ramazan ayı günahların əfvi üçün bir fürsətdir. Digər günlərdə tutulan oruc qiymət etibarilə Ramazanda tutulan orucun yerini tuta bilməz.

mənbə:

suallarlaislam.com

Read Previous

Ramazan haqqında suallar və cavablar

Read Next

Şəkidə İftar çadırı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.