• 22 Dekabr 2024

Hicab mənim üçün azadlıq simvoludur

1318952349_1[1] “Hicab mənim üçün azadlıq simvoludur”
İspan əsilli müsəlman xanım, Səlimə Abdussəlam hicab barəsində bunları dedi: “Hicab mənim üçün azadlıq simvoludur”Mərakeşin şimal-şərqində yerləşən bu gün İspaniyanın işğalı altında olan Melila şəhərində yerli parlamentin üzvü olan ispan əsilli müsəlman xanım Səlimə Abdussəlam bir neçə gün bundan əvvəl ispanca nəşr edilən bir qəzetə müsahibə vermişdir.

Daha əvvəl Valensiyada təşkil edilən “Mədəniyyətlər İttifaqı Konqresində”məruzəçi olaraq iştirak edən 28 yaşlı Səlimə xanım hicabın bütövlükdə bir inanc məsələsi olduğunu və əsla təzyiq mövzusu və ya hədəfi halına gətirilməməli olduğunu bildirdi.Aşağıda Səlimə Abdussəlamın müsahibəsini sizlərə təqdim edirik.

Mərakeş Hava Yolları Şirkətinin uçuş əsnasında hicablı qadınların üzlərini göstərmələri üçün hicablarını çıxarmaları barədə qərarını necə qiymətləndirirsiniz?

Mərakeş haqqında indi nə deyək?! Bu geriyə doğru atılmış addımdır. Eyni zamanda şəxsi azadlıqların tapdanmasıdır. Mənə elə gəlir ki, “istəyən istədiyi kimi yaşasın, fərdin azad iradəsi ilə etdiyi seçimə hörmət edilsin” nöqtəsinə gəlmişkən yenidən azadlıqlara nəzarət edilməsi və hüquqların məhdudlaşdırılmasına yönəlmiş addımlar atılmağa başlanmışdır. Bilmirəm, bəlkə də hicabın evdən başqa hər yerdə qadağan edildiyi Tunisin təzyiq və zor yolunu getmək istəyirlər.

İngiltərədə dərs əsnasında hicabını çıxarmayan bir müəllimə işdən azad edildi. Türkiyədə də şumerşünas elm adamı bir qadın hicab haqqında təhqiramiz ifadələr bildirdi. Bu cür əks fikir və əməllər haqqında nə deyə bilərsiniz?

Mən ifadə və inanc azadlığına qarşı təzyiqlər edilməsinə qarşıyam. Tarixçi qadına gəlincə bunlar həm doğru, həmdə xoş deyil. Müsəlmanlar da xoşlarına gəlməyən şeyləri oxumağa məcbur deyil. Dünyada yaşayan hər kəsin öz zövqü, öz seçimi var. Hər şeyi ciddi qəbul edib hər boş danışığa münasibət bildirərək ona dəyər qazandıracaq deyilik ki!

Hicab taxdığınız zaman özünüzü necə his edirsiniz?

On il əvvəl hicab taxmağa başladığım zaman bunu imanımın bir gərəyi olaraq etmişdim və o gündən bu günə qədər heç vaxt kimsə nə deyər deyə dərdim olmamışdır. Mənim üçün hicab bir azadlıq simvolu və şəxsin azad yaşamaq üçün etdiyi fərdi bir seçimdir. Bu səbəbdən qadınlara, xüsusən də başını örtmək istəyən gənc xanımlara edilən hər cür təzyiq və təcridə qarşıyam. Əslində gənc bir qız inanmazsa və razı olmazsa heç bir zaman başını örtməz. Bu səbəbdən onun seçiminin xaricində hərəkət etməyə və yaşamağa məcbur edə bilməzsiniz.

Melilada belə hallar olurmu?

Mərakeşdə belə hallar yaşanır. Ancaq Melilada belə hallara heç rast gəlmədim. Hicab geyən bütün qadınlar xüsusən də gənc qızlar bunu ya öz iradələri ilə inanclarına görə, ya da moda üçün geyinirlər.

Yəni, onlar üçün bu bir görünüş, imaj məsələsidirmi?

Bəziləri üçün bəli. Ancaq mən bir qadın olaraq qadınların başlarını örtməsinin bir çox səbəbi olduğuna inanmaqdayam. Məsələyə hər bir fərdin öz prizmasından baxmaq lazımdır. Hər kəsin seçiminə hörmət edən bir vətəndaş olaraq bütün insanların istədiyi tərcihi seçmə azadlığının olduğuna inanmaqdayam. Təzyiq və zor xoş deyil. İslam sülh dinidir və təzyiqlə məsələləri həll etmək onun mənsublarına yaraşmaz. Aydınlıq gətirmək istədiyim başqa bir məsələ də var: bəziləri İslamı sadəcə ərəb milləti və ölkələri ilə eyniləşdirirlər. Ancaq, məsələn mən ərəb deyiləm. Avropada Avropa mənşəli yüz minlərlə müsəlman var. Artıq İslamı ərəb ölkələri ilə eyniləşdirməyə son qoymaq lazımdır. Çinli, yapon, rus, amerikan və s. müsəlmanlar da var dünyada. İslam kültürü (mədəniyyət deyil. R. V.) yoxdur, İslam inancı vardır. Ərəb kültürü vardır, necə ki, hər bir millətin də öz kültürü vardır. Çinli müsəlmanın öz kültürü vardır və eyni zamanda o müsəlmandır. Bunlar bir-biri ilə ziddiyyət təşkil edən hallar deyil.

Melilada hicab taxdığınız üçün hər hansı bir təzyiqlə qarşılaşdığınız və özünüzü narahat hiss etdiyiniz oldumu?

Xeyr. Təsbit etdiyim tək məsələ bəzi idarələrə getdiyim zaman mənimlə daha sərt və ucadan danışmalarıdır.

Nə üçün?

Çünki Melilada Mərakeş əsilli olan və ispan dilini bilməyən və xüsusilə də melilalılarla evli olan çox sayda hicablı qadın var. Mənim də onlardan biri olduğumu və ispan dilini bilmədiyimi zənn edirlər. Ancaq nə üçün bağıraraq danışdıqlarını başa düşmürəm. Əslində bir qadın onları başa düşmədiyi zaman bağırıb çığırmaqlarının nə mənası var ?

Hicabın mənası demək çox böyükdür….

Bəli. Bir dəfə madridli müsəlman bir qadın “hicab cəhaləti örtməz, mən hər kəsdən daha məlumatlı və daha ziyalı olmalıyam.” – demişdi. Əslində hicabın əhəmiyyətini daha yaxşı anlamaq gərəkdir. Hicab bir seçim olaraq taxılan qalstukdan daha geniş mənaya malikdir. Bu əhəmiyyətin fərqinə varıldığı zaman, məhz o zaman biz çoxmədəniyyətlilikdən bəhs edə bilərik.

Read Previous

İslamda cinsi əxlaq – Qadın və cinsəllik (üçüncü hissə)

Read Next

Mart 2013

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.